Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Ermənistan Rusiyanın siyasi girovudur” - Meneşyan

Tarix: 20-12-2022 17:02     Baxış: 3265 A- / A+

Üçtərəfli bəyannaməyə görə, Laçın yolu ötən ilin yayında Azərbaycanın nəzarətinə qayıdıb. Bəyannaməyə görə, yola cavabdehlik Rusiya missiyasının üzərinə düşür... 

Manevr.az xəbər verir ki, bunu Yunanıstanda yaşayan erməni əsilli təhlilçi Corc Meneşyan “BBC” radiosuna müsahibəsində bildirib.
O jurnalistin Laçın yolunda baş verən hadisələr, Rusiya və Ermənistanın atdığı addımlar bağlı suallarını cavablandırarkən bildirib ki, Rusiyanın Azərbaycana ehtiyacı var: “ Azərbaycan Rusiya üçün önəmlidir. İki dövlət arasında bəzi problemlər var. Ancaq onların bəzi sahələr və bəzi sektorlarda tərəfdaşlıqları var və Azərbaycan bir çox səbəblərə görə Rusiya üçün vacibdir. Bu, Azərbaycanın Qafqazda yerləşməsi ilə, tezliklə açılacaq Şimal-Cənub Beynəlxalq Ticarət Dəhlizi ilə bağlıdır. Həm də ona görə ki, Rusiya Azərbaycanı Türkiyənin Qafqazdakı qapısı kimi görür və onun qarşısını almaq üçün Azərbaycana yaxın olmaq istəyir. Ona görə də, Rusiya tərəfinin reaksiya verəcəyini düşünmürəm”.
Meneşyan daha sonra qeyd edir ki, Rusiya Ermənistanla kağız üzərində müttəfiqdir:“Bəli, o, KTMT-nin üzvüdür. Ermənistan və Rusiya arasında müxtəlif müqavilələr imzalanıb. Hazırda Ermənistan Rusiyasız sağ qala bilməz. Yəni o Rusiyadan təbii qaz idxal edir, Türkiyə ilə sərhəddə və Ermənistanın başqa yerlərində də rus əsgərləri var. Gördüyümüz kimi, problemlərə baxmayaraq, Paşinyan və Putin arasında görüş olub, iki ölkə birgə işlərini davam etdirir”.
Meneşyan qeyd edib ki, Ermənistanla Rusiya arasında münasibətlərdə böyük problemlər var.
“Ermənistan KTMT-dən kömək istəyəndə Rusiya imtina etdi. Təbii ki, Bakı ilə çox yaxın münasibətləri olan Belarus və Qazaxıstan da imtina etdi. Nəticədə bu problem yaratdı... Deməli, Rusiya Ermənistanın müttəfiqidir, amma həqiqi müttəfiq deyil. Düzünü desəm, mən Ermənistanı Moskvanın geosiyasi girovu hesab edirəm” -deyə, Meneşyan bildirib.“AzPolitika.info” 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar