Azərbaycan vətəndaşlarının Şuşa-Xankəndi-Laçın yolunda davam edən etirazları fonunda demək olar ki, hər gün erməni ailələri Xankəndini tərk edir. Azərbaycan tərəfinin ehtiyacı olan mülki şəxslərin İrəvana keçməsi üçün icazə verməsi, ermənilərə əməlli-başlı fürsət yaradıb. Odur ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin etirazından qorxuya düşən ermənilər Qarabağı müxtəlif bəhanələrlə tərk etməyə çalışır. Proses bu cür davam etsə və aksiyalar uzansa, o zaman yəqin ki, Xankəndidə erməni qalmayacaq. Beləcə Azərbaycan tərəfi heç bir güc tətbiq etmədən Xankəndiyə daxil ola biləcək. Bəs görəsən bu ehtimal nə dərəcədə realdır?
Manevr.az-ın xəbərinə görə, mövzunu Konkret.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, aksiyanın ən yaxşı tərıflərindən biri də erməni yalanlarını üzə çıxarmasıdır: “Xankəndidən çıxan ermənilərin heç biri Qarabağda yaşamayıb. Onların çoxu həmin əraziyə köçürülüb. Bir hissəsi isə orada məcburi qalan yerli pullu ermənilərdir. Hansı ki, bu günə qədər oradan çıxa bilmirdilər. Çünki Vradanyanın, Arutyunyanın nəzarəti var idi. Amma indiki şəraitdən yararlanaraq Qarabağı tərk etməyə başlayıblar. Ancaq imkansızlar heç yerə gedən deyil. Onlar siyasiləşməyən ermənilərdir. Qarabağda qalacaq ermənilərin çoxu Alban kökənlidir. Onların sayı isə təxminən 10-15 min nəfərə yaxındır. Xüsusən Xocavəndin Tuğ və Ağdərənin bəzi kəndlərində məskunlaşıblar. Xankəndini də əlavə etsək, onların sayı 15 mini keçməyəcək. Qalan ermənilər isə bu hadisələrdən sonra Qarabağı tərk edəcək. Silahlı separatçılar isə qorxu içindədirlər. Erməni mediasının yazdığına görə, onlar mülki paltar geyinərək qaçırlar. Çünki Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ərazidəki mövcudluğundan çox narahatdırlar. Ona görə də, aksiyanın davam etməsi çox ağıllı addımdır. Azərbaycan indiyə qədər belə müsbət emosiyalı və yaxşı məqsədli aksiya keçirmirdi. Biz axır ki, bunu bacardıq”.
Cümşüd Nuriyev əlavə edib ki, Şuşa-Xankəndi-Laçın yolundakı aksiyalar yeni ilə qədər davam etməlidir: “Yeni il qabağı ermənilər oradan daha çox çıxacaqlar. Bu zaman Xankəndiyə girməyə heç ehtiyac qalmayacaq. Orada olanların özləri Azərbaycan Prezidentinə müraciət edəcəklər. Artıq oradakı ermənilər Bakıdakı 30 minə yaxın erməni qohumları ilə əlaqə saxlamağa başlayıblar. Burada yaşayanlar isə onlara yaşayış üçün hər cür şərait yaradıldığını Qarabağdakı qohumlarına çatdırırlar. Ona görə də, Qarabağdakı Alban kökənli ermənilər vətəndaşlığa qəbul olunmaları və passport almaları üçün tezliklə Prezidentə müraciət edəcəklər. Ermənilər indi başa düşüb ki, Azərbaycanın məqsədi öz ərazi bütövlüyünü bərpa etməkdir. Ona görə də, sadə ermənilərin müraciəti uzağı bir ay çəkə bilər. May ayının 8-nə qədər Xankəndiyə daxil olacağıq. Bizim ayrı yolumuz yoxdur. Bu şansı Allah bizə verib və bundan mütləq yararlanacağıq”.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar