Xəbər lenti
Rusiya və Fransanın Qarabağ oyununun pərdəarxası: “Vəziyyət mürəkkəbdir”
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov deyib.
Qarabağda Fransa-Rusiya müştərək sülhməramlı missiyası barəsində ortaya atılan iddialar münasibət bildirən eks-nazir bəyan edib ki, əslinə qalsa, bu, Rusiya ilə Fransa rəhbərliyinin ortaq fikridir:
“Bu baxımdan, onların bu məsələdə ziddiyyətli olmadıqlarına əminəm. Onlar eyni mərkəzdən idarə olunur.
Biz hazırda əsas məsələyə diqqət yetirməliyik ki, Fransa və Rusiya arasında bu və ya digər şəkildə belə bir istək və planlar var. Onlar istəyir ki, müştərək şəkildə bölgədə fəaliyyət göstərsin və Fransanın dəstəyi ilə Rusiya hansısa beynəlxalq mandata nail olsun. Məqsəd budur, çünki bundan qabaq Fransa bir neçə dəfə BMT Təhlükəsizlik Şurasında təşəbbüs göstərib ki, bu məsələlər müzakirə olunsun. Rusiya isə 2 dəfə onların təşəbbüsünü bloklayıb. İndi isə onlar istəyir ki, bu məsələni Rusiya ilə müştərək şəkildə həll etsinlər.
Təbii ki, buna qarşı çıxanlar BMT Təhlükəsizlik Şurasının digər üzvləri oldu. Çünki Rusiyanı bu şəkildə proseslərə buraxsalar, vəziyyət tamamilə dəyişəcək. Təxminən Abxaziyada tətbiq olunan bir model tətbiq oluna bilər. Orada da sülhməramlılar ruslar idi, lakin BMT-nin, Avropa İttifaqının, ATƏT-in qurumları fəallıq göstərirdi. İndi də bu modeli istəyirlər ki, Azərbaycan Ermənistan sərhədiylə yanaşı Qarabağda da tətbiq etsinlər”.
Onun sözlərinə görə, dava bunun davasıdır və hiss olunur ki, ruslar da buna nail olmağa meyllidir:
“Ona görə də vəziyyət bununla bağlıdır və yerdə baş verən hadisələrin arxasında bu planlar durur.
Lakin burada gərginlik bir neçə istiqamətdə mövcuddur: Araiklə Vardanyan arasında, yaxud onların ikisinin Paşinyanla rəqabətləri... Çünki Ermənistanın siyasi təcrübəsində Qarabağdan Ermənistana gələn “məmurlar”, hətta orada prezident səviyyəsinə belə yüksəliblər. Qısası, hiss olunur ki, Qarabağda bir neçə güc mərkəzləri yaranır və bu güc mərkəzləri müxtəlif xarici sponsorlara bağlıdır. Lakin istər-istəməz hamısının Rusiyaya bağlılığı göz qabağındadır, o cümlədən Paşinyan da. Vəziyyət mürəkkəbdir”.
“Bəlkə də o qədər bəlli olmaya bilər ki, niyə burada Fransa-Rusiya əməkdaşlığının ehtimalları böyükdür? Çünki Ukrayna məsələsində də Fransa özünəməxsus bir yer tutur. “Səkkizlər”in toplantısından sonra da Fransa prezidenti Emmanuel Makron dedi ki, mən istəyirəm, Moskvaya zəng vurum və s. Yəni Fransa daim istəyir ki, Rusiya ilə hansısa əlaqələr qursun. Biz Makronun 2 il bundan öncəki fikrini yada salsaq, məsələ tamamilə aydın olacaq. Çünki 2 il öncə Makron demişdi ki, əgər biz Cənubi Qafqazda nə isə əldə etmək istəyiriksə, biz mütləq və mütləq Rusiya ilə əməkdaşlıq etməliyik. Bu baxımdan, bu təşəbbüs Rusiya üçün də faydalı ola bilər. Yəni qismən də olsa, beynəlxalq izolyasiyadan çıxmaq, habelə hansısa Qərb ölkəsiylə birlikdə bu layihəni bir yerdə həyata keçirmək və öz sülhməramlıları üçün beynəlxalq mandatı əldə etmək. Bu baxımdan, ruslar da fransızları bu məsələyə buraxmaq üçün hazırdırlar”, – yekunlaşdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar