Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Laçın yolunda gömrük postu qurmalıyıq!

Tarix: 16-12-2022 11:39     Baxış: 3274 A- / A+


Laçın yolunda gömrük postu qurmalıyıq!

Azərbaycan Laçın dəhlizinin girişində gömrük və sərhəd postlarını yaratmalıdır.
 
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli bildirib.
 
"Laçın-Xankəndi yolunun açılmasının tələb edən ölkələrə və təşkilatlara bildirməliyik ki, Azərbaycan yol kəsən yox, Ermənistanın xarabazara çevirdiyi ərazilərdə yol tikən, yaradan, öz qələbəsi ilə Cənubi Qafqaza sülh-əminamanlıq gətirən, yeni əməkdaşlıq imkanları açan ölkədir. Laçın-Şuşa yolundakı dinc aksiya Azərbaycan xalqının erməni tərəfin təxribatlarını, talançılığı davam etdirməsinə, sülhməramlıların fəaliyyətinə narazılığın bilavasitə etirazıdır. Sülhməramlılar 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində zərinə düşən vəzifələri yerinə yetirmədiyinə görə, Laçın dəhlizində gömrük və sərhəd postlarımızı təşkil etməliyik", - deyə deputat vurğulayıb.
 
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar