Xəbər lenti
Şuşa-Xankəndi yolundakı aksiyada əsas tələb: Ekoloji terrora son qoyulmalıdır – Açıqlama

Azərbaycanlı aktivistlərin, vətəndaş cəmiyyəti inistutlarının təmsilçilərinin, qeyri-hökumət təşkilatları nümayəndlərinin Şuşa-Xankəndi yolunda keçirdiyi aksiyaya hər bir Azərbaycan vətəndaşı kimi öz dəstəyimi ifadə edirəm.
Bu haqlı bir tələbdir. Çünki rus sülhməramlıları öz məsuliyyətlərindən kənar işlərlə məşğul olur. Həmçinin sülhməramlılar öz nəzarətlərində olan ərazilərdə azərbaycanlı mütəxəssislərin tədqiqat, monitorinq aparmasına imkan yaratmaq əvəzinə buna əngəl törədir. Əksinə isə biz görürük ki sülhməramlılar separatçılarla əlbir olub orada qeyri-qanuni işlərlə məşğuldur. Qanunsuz olaraq Azərbaycan ərazisində olan faydalaı qazıntı və mineral yataqların istismarına şərait yaradırılır. Bütün bunlar isə Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olub.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, bir mü

Aqil Məmmədov hesab edir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə öz üzərinə mühüm öhdəliklər götürmüş sülhməramlılar bunun heç birini icra etməyib: “Eyni Ermənistan hakimiyyəti də götürdüyü öhdəlikləri yerinə yetirməyib. Hələ üstəlik yerləşdikləri ərazilərdə bölgənin talanması, eko sistemin məhv edilməsi, təbii sərvətlərin qeyri-qanuni istismarına da yol açan fəaliyyətlərlə bağlı ciddi faktlar mövcuddur. Ermənistanın Azərbaycan ərazilərində ekoloji terror törətməsi ilə bağlı kifayət qədər danılmaz, təkzibolunmaz faktlar mövcuddur. Çünki 30 ilə yaxın Ermənistan Azərbaycan ərazilərini işğalda saxlamaqla bölgədə ekoloji terror törədib. Bu gün də Azərbaycana məxsus ərazilərdə separatçılar sülhməramlıların dəstəyi ilə təbii ehtiyyatların mənimsənilməsi, mineral yataqların qanunsuz istismarı həyata keçirir. Azərbaycan tərəfi də haqlı olaraq bu məsələ ilə bağlı monitorinqlərə başlamağa təşəbbüs göstərib. Amma bölgədə təhlükəsizliyə birbaşa cavabdeh olan sülhməramlılar heç cür bu faktların aşkara çıxması ilə bağlı Azərbaycan tərəfinə yardım etmək istəmir”.
Deputat bildirib ki, məhz qeyri-hökumət təşkilatları təmsilçiləri, fəal vətəndaş cəmiyyəti qruplarıın Şuşa-Xankəndi yolunda keçirilən aksiyasının da əsas tələbi budur: “Aksiya iştirakçılarının tələbi odur ki, həmin mineral yataqlarda monitorinqlər aparılsın. Amma çox təəssüf rus sülhməramlılarının komandanı Aleksandr Volkov azərbaycanlı mütəxəssislərin tələbinə reaksiya verməyib. Belə olan halda aksiyaların bundan sonra da davam etməsi qaçılmaz olacaq. Çünki Azərbaycan tərəfi ona məxsus təbii sərvətlərin talanmasına imkan verməyəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar