Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur dəhlizi açılır? - Ortaya çıxan analogiyaya görə...

Tarix: 14-12-2022 13:33     Baxış: 3222 A- / A+
Manevr.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, ölkə başçısı Ermənistan tərəfinin “şıltaqlıqlarına” cavab verib: “Əgər Zəngəzur dəhlizi olmayacaqsa, o zaman Laçın dəhlizi də olmayacaq:
“Bu mövzu ətrafında müəyyən gəzişmələr olub, çox fikirlər söylənilib. İlk axtlar hadisələr başqa şəkildə cərəyan edirdi. Belə ki, Ermənistan əvvəllər deyirdi ki, Zəngəzur dəhlizi dəhliz yox, yol olmalıdır. O yol da Ermənistanın suverən ərazilərindən keçdiyi üçün biz orada gömrük və sərhəd xidmətini təşkil etməliyik. Demək olar ki, sərnişindən tutmuş yük qatarına qədər hamısını yoxlamalıyıq.
Azərbaycan isə buna cavab olaraq bildirdi ki, belə olduğu halda biz Laçın yoluna həm sərhəd, həm də gömrük xidməti qoyaraq gəlib-gedənlərin hesabatını aparacaq və yüklərə baxış keçirəcəyik. Müəyyən qədər İran və Fransanın təkidləri nəticəsində ermənilər Zəngəzur dəhlizinin açılmasına birmənalı qaydada etiraz etdi. Etirazlara növbəti dəfə cavab verən ölkə başçısı İlham Əliyev dedi ki, Zəngəzur dəhlizi, xüsusilə də dəmir yolu olmayacaqsa, onda Laçın yolu da olmayacaq”.
Q.Hüseynli deyir ki, Azərbaycanın Naxçıvanla birbaşa əlaqələri hələ sovet dövründən Zəngəzur dəhlizi vasitəsi ilə baş tutub:
"2020-ci ilin 10 noyabr tarixində imzalanmış bəyanata əsasən hazırda da Azərbaycan-Naxçıvan əlaqələri sözügedən dəhliz ilə həyata keçirilməli idi. Ermənistan dağıdıcı mövqeyi ilə bu ideyanı gözdən salmağa çalışıb və müəyyən qədər ictimai rəyə çevirə bilib. Ermənilər Azərbaycanın suverən torpaqlarında yaşayır və ərazilərimizdə bir növ Ermənistanla əlaqəyə ehtiyacı olan bir toplum kimi dərk edilir”.
Politoloq bildirib ki, son vaxtlar ortaya çıxan analogiyaya görə, Zəngəzur dəhlizi, dəmir və şosse yolu olmayacaqsa, onda Laçın yolu da fəaliyyət göstərməyəcək:
"Azərbaycan tərəfi öz ərazimizdə monitorinq keçirməyə icazə verməyən Vardanyanın pozucu qruplaşmasına qarşı vəziyyəti dəyişməyə çalışır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar