Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilər qızıl mədənimizin istismarını dayandırmasa, Bakı oranı VURA BİLƏR

Tarix: 13-12-2022 18:27     Baxış: 4229 A- / A+

Manevr.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

O bildirib ki, ermənilər üçün indi bütün variantlar arzuolunan deyil:
"Şuşa-Xankəndi yolunu Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri, ekofəallar bağlamayıblar. Yolu əslində sülhməramlılar bağlayıblar. Azərbaycan tərəfi orada yol bağlamır, heçnəyi blok etmir.
Rəsmi Bakının bir tələbi var ki, həmin o ekoloqlarımızdan ibarət qrupun ekoloji təhlükəsizlik məqsədi ilə təşkil etmək istədikləri monitorinq baştutsun, o insanları öz ərazilərimizə baxış keçirmək üçün buraxsınlar. 
Bildiyiniz kimi, orada filiz mədənləri müəssisələri var, hansı ki, qeyri-qanuni şəkildə istismar olunması haqqında məlumatlar daxil olur. Yəni indi Azərbaycanın əsas tələbi budur. Bəli, defakto Şuşa-Xankəndi yolundakı aksiya bir messic ola bilər. Amma mən bunun üstündə daha çox qalmaq istəmirəm. Çünki bu, Azərbaycan tərəfinin hərəkət istiqamətini açıqlayır. 
Hazırda düşmən mediası sosial şəbəkələrdə yazır ki, "Bakı bu addımlar sülhməramlıların müvəqqəti nəzarətindəki erməniləri blokadaya salır". Əslində belədir. Amma bizim rəsmən tələbimiz budur ki, bizim öz ərazilərimizdə sərbəst monitorinqimizə icazə versinlər.
Düşmən tərəfi hazırda "vilka" şəraitindədir. Yəni ermənilər hər hansı bir seçimi etsə, yenə onların marağında olan nəyəsə rast gəlməyəcəyik:
✔️ Qarşı tərəf bu təzyiq nəticəsində Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın şərtini qəbul etsə, onların maraqlarında deyil.
✔️ Qızıl yataqlarımıza Azərbaycanın ekoaktivistlərini, nazirlik nümayəndələrini buraxsalar bu artıq presidentdir. Bu, Azərbaycan hakimiyyətinin dövlət olaraq suveren hüququnu özünün ərazisində, - hətta rus sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazi olsa da belə o ərazilərdə bərqərar olmasının simvolu olardı.
Bu da təbii ki, ermənilərə sərf etmir. Ona görə, hər hansı bir variantı seçsələr, onlara sərf etmir. Yəni Azərbaycan tərəfinin tələbi yol bağlamaq deyil. Yol onun nəticəsində alınıb ki, Rusiya sülhməramlıları bizim fəalları həmin ərazilərə buraxmır. Orada da izdiham yaranıb, iki gündür yol bağlanıb. Amma Azərbaycan tərəfinin yolu bağlamaq kimi bir fikri yoxdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar