Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Qarabağdakı separatçıları qoruyan güc Rusiyadır” - Açıqlama

Tarix: 12-12-2022 12:24     Baxış: 3385 A- / A+
“Qarabağdakı separatçıları qoruyan güc Rusiyadır” - Açıqlama"Azərbaycanın "Laçın dəhlizi”ni yumşaq güc vasitəsilə növbəti dəfə bağlaması Ermənistan və Rusiyaya növbəti mesajdır".
Manevr.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert Laçına əsgər yolunun da bağlana biləcəyini düşünür:
 
"Bu mesajdan nəticə çıxarılmasa, bu səfər əsgər yolu bağlayacaq. Rəsmi Bakı "sülhməramlı" qüvvələrin fəaliyyəti ilə bağlı Rusiyaya nota təqdim edib. Moskva notadan nəticə çıxarmır və separatçıların qorunmasinı həyata keçirməkdədir. Rusiyanın əsas məqsədi Qarabağda mövqelərini möhkəmləndirmək və regiona üçüncü ölkələri buraxmamaq, strateji cəhətdən Azərbaycana təzyiq etməkdir. Ona görə də  Qarabağda Rusiyanın möhkəmlənməsinə imkan verməməliyik. Azərbaycanla Rusiya arasında bu məsələdə ciddi siyasi böhran yaşanacaq. Sonda Rusiya Azərbaycanın tələbləri ilə barışmaq zorunda qalacaq. Azərbaycan ermənilərin reinteqrasiyasında və Xankəndində suverenliyin bərpasında qərarlıdır. Hazırda bunun qarşısını alan Rusiyadır".
Politoloq yaxın aylarda silahlı erməni birləşmələrinin Laçın və ətraf yerlərdən çıxarılacağını qeyd edib:
"Azərbaycan Laçın dəhlizində gömrük postunun qurulması və silahlı erməni birləşmələrinin çıxarılmasını növbəti aylarda reallaşdıra bilər. Bu prosesdə ABŞ və Avropa İttifaqı Azərbaycana siyasi dəstək verir. Çünki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında əsas baryer Moskvanın siyasətidir. Kreml  Qarabağda möhkəmlənməsi ilə Ermənistandakı siyasi proseslərə təsir edir. Bakı ilə Vaşinqton arasında siyasi təmaslar fonunda  münasibətlər yüksək səviyyədə qurulub və Xankəndi məsələsində Vaşinqtonun hər hansı mənfi münasibət göstərməsi gözlənilmir".

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar