Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Avropa Birliyi Ərdoğanın Əliyev – Paşinyan sülh danışıqlarına qoşulmasını istəyir

Tarix: 11-12-2022 18:03     Baxış: 4304 A- / A+


Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Türkiyənin Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesində birbaşa iştirakını dəstəkləmək üçün bəyanatla çıxış edib.
Manevr.az xəbər verir ki, İstanbulda keçirilən “TRT World Forum 2022” çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra Toivo Klaar öz Twitter səhifəsində bunları yazıb: “Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində real yardım göstərə bilər. İnanın ki, bu ölkənin Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli nizamlanması məsələsində təklif edəcəyi çox şey var”.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu bəyanatı Brüsselin Türkiyənin regionda mövqelərinin güclənməsini reallığını qəbul etdiyini təsdiqləyir. O, Ankaranın Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində hansı formada iştirak edə biləcəyini açıqlamayıb, lakin Türkiyənin bu prosesə ciddi təsir göstərmək iqtidarında olduğunu təsdiqləyib.
İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra Ermənistanla Türkiyə arasında münasibətlərin həlli daha da aktuallaşdı. Təsadüfi deyil ki, 2021-ci ilin əvvəlindən Türkiyə və Ermənistan liderləri qonşu dövlətlər arasında münasibətlərin normallaşdırılması prosesinə başlamaq üçün xüsusi nümayəndələr təyin ediblər. Bundan başqa, Avropa İttifaqının Praqa sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Son məlumata görə, tərəflər yaxın vaxtlarda birbaşa uçuşları bərpa edə bilər, lakin indiyədək münasibətlərin normallaşması istiqamətində ciddi irəliləyiş yoxdur. Bunun əsas səbəblərindən biri Ermənistanın sülh müqaviləsinin imzalanmasında yayınmasıdır. Həm Bakı, həm də Ankara dəfələrlə bəyan ediblər ki, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması Azərbaycanla sülhün əldə olunmasından, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı məsələnin həllindən asılıdır. Beləliklə, Türkiyə ilə sərhədlərini açmaq və nəqliyyat blokadasından çıxmaq istəyən Ermənistan Azərbaycanla sülhə nail olmaq üçün real addımlar atmalıdır. Ona görə də Türkiyənin bu prosesə ciddi təsir rıçaqları var.
Haqqın.az bu barədə yazır: “Görünür, Brüssel bu faktı nəzərə alır və buna görə də Türkiyəni Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsində vasitəçilik etməyə çağırır. Hazırda Ermənistan tərəfinin bu təklifə münasibəti bəlli deyil, amma mühüm detal odur ki, Toivo Klaarın bəyanatı onun ötən həftə İrəvana səfərindən sonra verilib. İndi onun əsas missiyası Brüsselin vasitəçiliyi ilə sülh prosesini inkişaf etdirmək üçün məkik diplomatiyasını həyata keçirməkdir.
Digər tərəfdən, daha əvvəl Brüssel prosesinə qoşulan Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi mümkünsüz olub. Fransa parlamentinin aşağı və yuxarı palatalarının Azərbaycana qarşı qəbul etdiyi iki qətnamədən sonra rəsmi Bakı sülhün bərqərar olması prosesində Parisin iştirakının yolverilməz olduğunu bəyan etdi. Regionda mövqeləri möhkəmlənən Türkiyənin də prosesə qoşulması müsbət nəticələr verə bilər. Türkiyə ilə Rusiya arasında həm də Cənubi Qafqaz regionu üzrə razılaşmaya əsaslanan hazırkı münasibətlər Moskvanın belə iştiraka qarşı olmayacağını deməyə əsas verir”.haqqın.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar