Xəbər lenti
"Xalq öz dahi şəxsiyyətini hörmətlə anır, xidmətlərini unutmur" - Müşfiq Məmmədli
Müşfiq Məmmədli,
Milli Məclisin deputatı
Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış dahi şəxsiyyət, müstəqilliyimizi dərin zəkası ilə qoruyub saxlayan, dövlətçiliyimizi yaşadan Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür.
Heydər Əliyev həyatı boyu fəaliyyət göstərdiyi hər bir vəzifədə, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə doğma xalqının rifahı və vətəninin inkişafı üçün əlindən gələni edib. Ona görə Ulu Öndərin ölkəmizə istər sovet illərində, istərsə də müstəqillik dövründə rəhbərliyi tariximizi şərəfləndirən hadisələrlə əlamətdardır. Ulu Öndər Azərbaycanı sovetlər birliyinin geridə qalmış aqrar respublikasından inkişaf etmiş sənaye respublikasına çevirdi. Heydər Əliyevin sayəsində sovet dövründə respublikamız bütün sahələrdə yüksəlişə nail oldu, dünyada tanındı. Müstəqillik dövründə isə ölkəmizi parçalanmadan qorudu. Məhz onun sayəsində Azərbaycan müstəqilliyini itirmədi. Xalq Heydər Əliyevin ətrafında sıx birləşdi. Bu birliyin məntiqi nəticəsi olaraq ölkəmiz bütün sahələrdə inkişaf etdi, dünya ölkələri arasında öz imzası oldu.
Azərbaycan xalqı hər zaman Heydər Əliyev siyasətinə sadiq oldu, inandı. Və bu inam bizi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə öz dədə-baba torpaqlarımıza qovuşdurdu.
Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı öz dahi şəxsiyyətini hörmətlə anır, vətən qarşısında xidmətlərini heç zaman unutmur. Siz hər zaman qəlbimizdəsiniz əbədi yaşar Heydər Əliyev!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar