Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Moskvadan sülhməramlılara əmr edildi ki... - Politoloq

Tarix: 11-12-2022 13:47     Baxış: 3258 A- / A+

Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqin baş tutmaması nə deməkdir? Rusiya hərbi kontingentinin bir neçə gün əvvəl məmurlarımızla görüş zamanı verdiyi vədi yerinə yetirməyəcəyi gözlənilən idi.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Rusiya hərbi kontingenti Moskvanın təlimatıyla hərəkət edir:
“Qarabağdakı kontingentə əmr belə olub ki, monitorinq ərazisinə daxil olan azərbaycanlı məmurların normal fəaliyyəti üçün şərait yaradılmasın, prosesi kənardan müşahidə etsinlər. Hadisə yerində toqquşma baş verə bilərdi. Çünki monitorinq yerinə gələnlər separatçılarla üz-üzə qalıblar, onlar yolu kəsiblər və aralarında mübahisə olub. Görünür, Rusiya hərbi kontingenti gərginlikdə maraqlı olub. Halbuki, Kreml istəsəydi Qarabağdakı hərbi kontingentinin komandanlığına əmr verərdi ki, monitorinqin aparılmasına şərait yaradılsın və bu barədə separatçıların rəhbərliyi xəbərdar edilsin. Rusiyadan asılı vəziyyətdə olan separatçılar onların icazəsi olmadan yolu kəsməz və azərbaycanlı məmurların fəaliyyətə mane olmazdılar. Separatçılar alətdir”.
Politoloq bildirib ki, Kreml ardı gələcəyi üçün yataqların monitorinqinə ona görə şərait yaratmayıb:
“Bəli, biz monitorinqlə kifayətlənməyəcəkdik, bunun ardınca başqa tədbirlər planı da var. Rusiya birinci addımımızı əngəlləməklə bizə belə bir mesaj göndərib ki, o biri addımlarımıza da şərait yaratmayacaq. Ancaq əlimizdə elə alətlər var ki, onları yerində reallaşdırmaq üçün Rusiya hərbi kontingenti ilə məsləhətləşməyə ehtiyac yoxdur. Məsələn keçmiş Laçın dəhlizi nəzarətimizə keçdikdən sonra vaxtilə Ermənistandan Qarabağa çəkilən qanunsuz kommunikasiya xətləri – elektrik, qaz boru və internet xətləri nəzarətimizə keçib. Ekoloji vəziyyətin monitorinqini aparmaq üçün şərait yaratmırlarsa, kommunikasiya xətlərində problemlərin yaradılacağı barədə real addımlar atılmasının zamanı yetişib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar