Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Mollalar Ermənistanı silahlandırır: Azərbaycan nə etməlidir?

Tarix: 11-12-2022 13:22     Baxış: 3231 A- / A+
Mollalar Ermənistanı silahlandırır: Azərbaycan nə etməlidir?

İran və Rusiya tezliklə hərtərəfli əməkdaşlıq sazişi imzalayacaq. Bu barədə bir müddət əvvəl,  İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

Eyni zamanda, İran Ermənistana 600 ədəd İran raketi bağışlayıb. Bu raketlər  500 ədəd “Dehlaviye” idarə olunan tank əleyhinə raket kompleksi (UPRK) və 100 ədəd “Almas” tank əleyhinə raket kompleksidir. Artıq Rusiya-İran-Ermənistan üçlüyü bölgə üçün potensial təhülkə hesab edilə bilər.
Bu əməkdaşlıqların  məqsədi açıq şəkildə bəyan edilməsə də, hədəfin Azərbaycan və Türkiyə olduğu şübhəsizdir. Azərbaycan bu vəziyyətlə qarşı-qarşıya qalarsa, hansı addımlar atılmalıdır? Türkiyə ilə yanaşı, yanımızda kim var?
Manevr.az-ın xəbərinə görə, politoloq Rəşad Bayramov  bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu ilin noyabrın 1-də Qroznıda keçirilən Rusiya-İran iqtisadi-ticari Əməkdaşlıq Komissiyasının 16-cı iclasında Rusiya Baş nazirinin müavini Aleksandr Novak və İranın Neft naziri Cavad Oudci iki ölkə arasında strateji əməkdaşlıq sazişi imzalayıblar.
Rəşad Bayramov 
Bunun ardınca hər iki ölkənin xarici işlər nazirləri öz açıqlamalarında ilin sonuna qədər Rusiya ilə İran arasında hərtərəfli əməkdaşlıq sazişinin imzalanacağı haqqında məlumat verdilər.
Putin isə imzalanacaq sazişi Rusiya və İran arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə keçidini təmin edəcək “böyük saziş” adlandırıb.
“Təbii ki, Rusiya və İran arasında olan münasibətlərdəki yaxınlıq yeni məsələ deyil. Bu iki ölkəni yaxınlaşmağa məcbur edən ən başlıca amil ümumi düşmənin və ya ortaq rəqiblərin olması ilə bağlıdır. ABŞ və ümumiyyətlə, Qərbin Yaxın Şərqə nüfuz etməsinin qarşısını almaq üçün hər iki ölkənin ortaq hərəkət etdiyi məlumdur. Elə Suriya böhranını götürək. Həm İranın, həm də Rusiyanın Surayada öz maraqları olmasına baxmayaraq, hər iki ölkə ABŞ-ın Suriyaya təsir imkanı əldə etməsinin qarşısını almaq üçün ortaq hərəkət edirlər.
Son illər ərzində İranın Yaxın Şərqdə nüfuzunun güclənməsi, Fələstin seçkilərində anti-İsrail qrupu “Həmas”ın qələbəsi, Rusiyanın, “Həmas” və İranın əsas müttəfiqi olan “Hizbullah” təşkilatlarını antiterror qrupları kimi qəbul etməsi, hər iki ölkənin ABŞ-ın Yaxın Şərqdəki təsirinə qarşı çıxması Moskva ilə Tehran arasında bölgədə fəal yaxınlaşma üçün zəmin hazırlamışdı”,- deyə politoloq qeyd edib. Onun sözlərinə görə, bu münasibətlərin formalaşmasında iqtisadi maraqlar da üstünlük təşkil edir.
Xüsusilə indiki dönəmdə yəni Rusiyanın Ukrayna müharibəsi səbəbilə sanksiyalara məruz qaldığı bir vaxtda, İranla iqtisadi münasibətləri genişləndirməsinə bu ölkənin çox böyük ehtiyacı var. Məhz bu səbəbdən, Rusiya bütün imkanlarından istifadə edərək İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvülüyü ilə xeyli işlər görmüş oldu. İranın Fars körfəzindəki strateji mövqeyi də Rusiya üçün onun bir ticarət tərəfdaşı kimi əhəmiyyətini artırır.
Bayramovun fikrincə, indi bu iki ölkəni bir-biri ilə daha dərindən əməkdaşlıq etməyə məcbur edən digər bir məqam da var ki, bu da Cənub Qafqaz regionu ilə bağlıdır. Belə ki,  Azərbaycanın Qarabağ zəfərindən sonra Türkiyənin faktiki olaraq, regionda möhkəmlənməsi nə İranın, nə də Rusiyanın maraqlarına cavab vermir. Rusiya  Azərbaycanın qələbəsindən sonra yaranmış vəziyyəti, yəni hər keçən gün Ermənistanı daha çox sülhə məcbur etməsini özünün regionda mövcudluğuna təhlükə olaraq görür. Başqa sözlə desək, Rusiya düşünür ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması nəticə etibarilə sülhməramlı kontingentə ehtiyacı aradan qaldıracaq.
Soros və ABŞ-ın aktiv dəstəyi ilə hakimiyyətə gələn Paşinyan isə gec-tez öz ağalarının sifarişi ilə Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı mövqe ortaya qoya bilər. Odur ki, Rusiya həm regionda mövcudluğunu qoruyub saxlamaq, həm də hər iki ölkəyə təsir imkanlarını itirməmək üçün bütün gücü ilə sülh sazişinin imzalanmasını uzadır.
İran isə öz növbəsində sülh sazişinin Azərbaycanı daha da gücləndirəcəyini yaxşı bilir. Güclü və qüdrətli Azərbaycan isə həm də Güneydəki soydaşlarımız üçün bir stimuldur və milli oyanışın inkişafına təkan verir.
Digər bir tərəfdən isə sülh sazişi həm də kommunikasiyaların açılması, başqa sözlə desək, Türk coğrafiyası arasında əlaqələrin inkişafına gətirib çıxaracaq.  Bu da İranın maraqlarına cavab vermir.
“O zaman İran 200 milyondan artıq türkün əhatəsində qalaraq hər keçən gün daha da cılızlaşacaq. İran bundan çox qorxur və elə bu səbəbdən də Ermənistanla əlaqələrinə xüsusi əhəmiyyət verir.
İranın aktiv şəkildə Ermənistanı silahlandırması, təkcə oktyabr ayında 600 ədəd raketi təmənnasız Ermənistana verməsi də bu qorxunun və acizliyin göstəricisidir. Görünən bu ki, bu yardım 30 ildir davam edir. Birinci Qarabağ savaşında İranlı generalların Ermənistan silahlılarına hərbi təlim keçməsi bir faktdır və Ermənistan tərəfi bu faktı gizlətmir. Eləcə də, onların qida və geyimlə təchiz olunmasında, blokadada olan Ermənistanın ayaqda qalması üçün hər çür dəstək verilməsində, olduqca cüzi qiymətlərlə benzin və qaz təchizatını həyata keçirməsində də İranın olduqca böyük rolu olub. Bu gün də İran eyni mövqeyi sərgiləyərək Ermənistanı yanacaq məhsulları ilə təmin edir. İrandan Ermənistana verilən və elektrik enerjisi ilə əvəz edilən qazin qiymətinə baxsaq, görərik ki,  bu rəqəm təqribən 173 dollar civarındadır və bu da o deməkdir ki, İran Ermənistana dünyada mövcud olan ən ucuz qiymətə qaz verir. Misal üçün deyim ki, İrandan Türkiyəyə verilən qazın qiyməti 500-550 dollar aralığında dəyişir”,- deyə politoloq qeyd edib.
O hesab edir ki, işğal dövründə İran tərəfindən Azərbaycan ərazilərinin qaçaqmalçılıq üçün istifadə edildiyi, talan edilən ərazilərimizdən oğurlanan tikinti materiallarının İrana daşındığı, İkinci Qarabağ savaşının ilk günlərində İrandan Güney Azərbaycan marşurutu üzrə Ermənistana hərbi yardım, silah-sursat daşınması da danılmaz faktlardır. Nəticə etibarilə 30 il müddətində təcavüzkar Ermənistana dəstək verən İran bu gün də öz xislətinə sadiq qalmaqdadır.
“Təbii ki, Azərbaycan olaraq bu üçlüyə, hətta bu və ya digər şəkildə regionda təmsil olunamağa cəhd göstərən Fransaya qarşı hazırlıqlı olmalıyıq. Hazırlığın ən vacib elementi isə müttəfiqlərlə münasibətlərin, təmasların, məsləhətləşmələrin intensivləşməsidir. Bu mənada, ümumən Avropadan və ABŞ-dan nəsə gözləməyə dəyməz. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın “İran qarşısında Azərbaycanın yanında olmağa davam edəcəyik” bəyanatına da bel bağlamaq düzgün deyil. Çünki Rusiya və İrana qarşı aktiv mövqe ortaya qoyan ABŞ-ın həmin ölkələrlə kifayət qədər yaxşı münasibətdə olan Ermənistana qarşı hansı münasibət sərgilədiyini də görmüşük. Odur ki, real müttəfiqlərimizlə işləri sürətləndirməliyik”,- deyə o bildirib.
Müttəfiqlərimizin sayı az deyil. Türkiyənin istənilən halda sona qədər yanımızda olcağına şübhə yoxdur. Çalışıb, bu əminliyi Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə bağlı da əldə etməliyik. Eyni şəkildə əbədi dostumuz Pakistanla imzalanmış "Bakı Bəyannaməsi" çərçivəsində münasibətləri daha da dərinləşdirməliyik.
Azərbaycana dəstəyini əsirgəməyən İsraillə, eləcə də 44 günlük Vətən savaşı və ondan sonrakı dövrdə də Beynəlxaq Təşkilatlarda dəstəyini hiss etdiyimiz Böyük Britaniya ilə də münasibətlərin daha da inkişaf etdirilməsinə nail olmalıyıq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar