Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Xankəndi ilə bağlı arxiv materialları araşdırılacaq

Tarix: 10-12-2022 22:01     Baxış: 3261 A- / A+
Kremldən erməni terrorçuların ən qısa zamanda tərksilah olunaraq, Azərbaycan ərazilərindən çıxarılması, Xankəndi və ətraf bölgədəki bütün Rusiya və Ermənistan vətəndaşlarının oradan kənarlaşdırılması tələb olunacaq... Geriyə qalan ermənilərin Xankəndi və ətraf bölgəyə hüquqi aidiyyəti arxiv sənədləriylə dəqiqləşdiriləcək, Laçın dəhlizi ilə bölgəyə giriş-çıxış beynəlxalq hüquq normalarına uyğunlaşdırılacaq, sadə əhalinin Azərbaycan cəmiyyətinə tam inteqrasiya prosesi 2025-ci ilə qədər yekunlaşdırılacaq...
Manevr.az xəbər verir ki, Azərbaycan dövləti Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə çənbəri daraldır. Rəsmi Bakı Azərbaycan ərazilərində erməni separatizminin və terrorizminin mövcudluğuna bundan sonra səbr göstərmək niyyətində deyil. Və bu problemi ən qısa zamanda zərərsizləşdirmək istiqamətində qətiyyətli addımlar atmağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan erməni separatizminin və terrorizminə qarşı ilk addımları artıq atıb. ETSN-in və AzerGold şirkətinin əməkdaşları Azərbaycanın Xankəndi və ətraf bölgəsində təbii sərvətlərin talanmasına qarşı ciddi araşdırmalara başlayıb. Və hətta bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlılar üçün də arzuolunmaz situasiyanın yaranmaqda olduğu müşahidə edilir.
Məsələ ondadır ki, rus sülhməramlıları və onların komandanı, general-mayor Andrey Volkovun da Xankəndi və ətraf bölgədə erməni separatçı-terrorçularla əlbir olduğu barədə kifayət qədər məlumatlar mövcuddur. Rus generalın Kremlin bölgəyə"təxribat ezamiyyəti"nə göndərdiyi erməni milyarder Ruben Vardanyan ilə ortaq şəkildə Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni istismar etdiyi iddia olunur. Rəsmi Bakının son qətiyyətli addımlar da yalnız erməni separatçı-terrorçulara deyil, həm də rus generalı ilə yanaşı, üçtərəfli anlaşmaları icra etməyən Rusiyaya sərt xəbərdarlıq mesajıdır.
Üstəlik, rəsmi Bakının Azərbaycanın Xankəndi və ətraf bölgəsinə nəzarəti daha da gücləndirmək niyyətində olduğu da diqqətdən yayınmır. Böyük ehtimalla Azərbaycan rəhbərliyi erməni separatçı-terrorçularla ortaq fəaliyyət göstərən rus sülhməramlılara artıq qətiyyən güvənmir. Rəsmi Bakı rus sülhməramlıların məsuliyyət zonasına artıq birbaşa nəzarət etmək qərarına gəlib.
Azərbaycanın Müdafiə Nazirliyi Xankəndi və ətraf bölgəyə nəzarəti daha da gücləndirməyə hazırlaşır. Müdafiə Nazirliyinin bu barədə açıqlamasında bildirilir ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazilərində qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti xüsusi müşahidə və nəzarət altında tutulacaq. Bu isə o deməkdir ki, Azərbaycan ordusu silahlı erməni terrorçu-separatçılara qarşı hər an hərəkətə keçə bilər. Bölgəyə silah-sursat daşınmasının, erməni terrorçu-separatçıların hərbi cinayətlərinin qarşısını ala bilməyən, yaxud da buna ümumiyyətlə, cəhd göstərməyən rus sülhməramlılara isə antiterror əməliyyatlarına müdaxilə imkanı tanınmayacaq.
Bəzi məlumatlara görə, rəsmi Bakının qətiyyətli davranışları Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni terrorçu-separatçılar arasında ciddi narahatlıq doğurub. Erməni terrorçular hər şeyin böyük sürətlə sona çatmaq üzrə olduğunu deyəsən, anlamağa başlayıblar. Halbuki, erməni terrorçular son vaxtlara qədər tamamilə fərqli planlar qurmağa çalışırdılar.
Təbii ki, ilk növbədə Cənubi Qafqaza möhkəm yapışmağa çalışan Rusiyanın onlara dəstək ola biləcəyinə ümid bəsləyirdilər. Kremlin erməni milyarder Ruben Vardanyan Xankəndi və ətraf bölgəyə "təxribat ezamiyyəti"nə göndərməsindən sonra isə ümumiyyətlə, arxayınlaşmışdılar. Hesab edirdilər ki, əgər, R.Vardanyan bölgəyə göndərilibsə, deməli, "erməni xəyalları" reallığa çevrilə bilər. Halbuki, bu, Kremlin erməni separatçı-terrorçular üçün edə biləcəyi ən böyük pislikdir.
Məsələ ondadır ki, Kreml erməni milyarderi Xankəndi və ətraf bölgəyə sırf Rusiyanın maraqları çərçivəsində "təxribat ezamiyyəti"nə göndərib. Bununla həm də "erməni xəyalları"nın birdəfəlik dəfn olunma prosesini sürətləndirmiş oldu. Və bu məsələnin hüquqi tərəfləri hazırda Azərbaycanın daha sərt addımlar atmasına əsaslar verir.
Üçtərəfli anlaşmalara görə, Azərbaycanın Xankəndi və ətraf bölgəsində yalnız orada yaşamaq hüququ olan ermənilər qala bilər. Belə hüquqlara malik olan ermənilərin kimliyi isə arxiv sənədləri ilə dəqiqləşdirilməlidir. Bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlılar isə hələlik onların təhlükəsizliyinin təmin edilməsinə məsuliyyət daşıyırlar.
Ancaq Ruben Vardanyanla bağlı hər hansı dəqiqləşdirməyə belə, ehtiyac yoxdur. Çünki bu erməni heç vaxt Xankəndi və ətraf bölgədə yaşayan Azərbaycan vətəndaşı olmayıb. R.Vardanyan Rusiya vətəndaşı olub. Kremlin onu "təxribat ezamiyyəti"nə göndərməsindən öncə Rusiya vətəndaşlığından imtina edib. Yəni, bu erməninin Xankəndi və ətraf bölgədə olması qeyri-qanunidir və üçtərəfli anlaşmaların pozulması anlamına gəlir.
İndi Rusiya siyasi dairələri də, rus sülhməramlıları da R.Vardanyanın Azərbaycanın Xankəndi və ətraf bölgəsində nə işi olduğuna mütləq aydınlıq gətirməyə borcludurlar. Hər halda, Xankəndi və ətraf bölgəyə heç bir hüquqi aidiyyəti olmayan bu zəngin erməni separatçı-terrorçunun orada olması bir çox önəmli nəticələr doğurur.
Məsələ ondadır ki, bölgədə kənardan göndərilmiş və bölgəyə qeyri-qanuni buraxılmış erməni emissarların separatizmi və terrorizmi inkişaf etdirdikləri təsdiqlənmiş olur. Busa Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsinin kobud şəkildə pozulması deməkdir. Eyni fikirləri böyük əksəriyyəti Ermənistan vətəndaşı olan Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsinə də aiddir.
İndi belə çıxır ki, ABŞ və ya Fransa vətəndaşı olan bir qrup erməni Rusiyanın da hər hansı bir bölgəsində separatçı zona yaratsalar, Kreml onlarla danışıqlar aparmalıdır. Bəzi ermənipərəst beynəlxalq mərkəzlər də Rusiya ərazisindəki separatizm zonasında olan terrorçuların "özünütəyinetmə hüquqları"nı müdafiə etməlidir. Kremlin belə vəziyyətdə necə davranacağını təxmin etmək o qədər də çətin deyil.
Bütün bunları nəzərə aldıqda, Kremlin davranışları və rus sülhməramlıların fəaliyyəti kifayət qədər qaranlıq məqamlardan xəbər verir. Belə anlaşılır ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan cəmisi 20-25 min nəfər erməni Rusiyanın geopolitik maraqları üçün lazımdır. Yəni, Kreml Rusiyanın özəl mənafeləri naminə Azərbaycan ərazilərindən kobud şəkildə istifadə etməyə çalışır.
Bəzi məlumatlara görə, rəsmi Bakı Rusiyanın və ermənilərin bu ortaq separatizm oyunlarına səbr etmək niyyətində deyil. Rəsmi Bakı xüsusi plan əsasında fəaliyyətini qurmağa başlayıb. Belə ki, birinci mərhələdə Rusiyadan silahlı erməni terrorçuların ən qısa zamanda tərksilah olunaraq, Azərbaycan ərazilərindən çıxarılması tələb olunacaq. Ardınca isə Xankəndi və ətraf bölgədə olan bütün Rusiya və Ermənistan vətəndaşlarının bölgədən kənarlaşdırılmasında israrlı davranılacaq.
Bundan sonra geriyə qalan ermənilərin Xankəndi və ətraf bölgəyə hüquqi aidiyyəti arxiv sənədləri ilə dəqiqləşdiriləcək. Sonrakı mərhələdəsə, Laçın dəhlizi həmişəlik bağlanacaq, bölgəyə giriş-çıxış beynəlxalq hüquq normalarına uyğunlaşdırılacaq. Nəhayət, Xankəndi və ətraf bölgənin Azərbaycana tam inteqrasiya prosesini yekunlaşdıracaq, son mərhələyə start veriləcək. Və bütün bunlar rus sülhməramlıların bölgədə qalma müddəti sona çatacaq 2025-ci ilə qədər yekunlaşdırılacaq./Musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar