Xəbər lenti
İran rejimi Azərbaycanla bağlı yalanlar yayır – ŞƏRH
Manevr.az xəbər verir ki, bunu politoloq Turan Rzayev İran rejiminə yaxın qüvvələrin Azərbaycanla bağlı təxribat xarakterli yalanlarını şərh edərkən bildirib.
T.Rzayev qeyd edib ki, İranlı jurnalist Rza Abbasi baş verən yanğınla bağlı “Twitter” hesabındakı paylaşımı ilə sözügedən yanğının İran tərəfindən törədildiyinə vurğu edib. Politoloq hesab edir ki, İran bu cür təbliğan tədbirləri ilə Azərbaycan cəmiyyətində qorxu, narahatçılıq yaratmaq istəyir:
"İranlı jurnalist deyir: “Bakının tam mərkəzində sərhəd qoşunlarının binası “təsadüfən” yanıb. Şübhəsiz ki, Əliyev təsadüfi yanğınlara öyrəşəcək və biz bunun şahidi olacağıq. Bu, Bakı rejiminin seçdiyi taledir və mən Ərdoğana bir nəzər salmağı və özünə dərs almağı təklif edirəm”.
Bu fikirlərlə jurnalist demək istəyir ki, yanğını İran təşkil edib. Əslində isə Sərhəd Xidməti Akademiyasında baş verən yanğının İranla əlaqəsi yoxdur. Düzdür, İran bu tipli təxribatlar törədə, daxili sabitliyi pozmaq üçün addımlar ata bilər, lakin indiki məqamda bu imkanlardan məhrumdur.
T.Rzayev xatırlatdı ki, özünü “siyasi ekspert” kimi təqdim edən Rza Abbasi və İran hökumətinə bağlı jurnalistdir daim qatı anti-Azərbaycan mövqeyindən çıxışlar edir:
“Rza Abbasi bir neçə dəfə Azərbaycan əleyhinə bənzər paylaşımlar edib. O, bir müddət öncə öz “Twitter” hesabında Naxçıvandakı Cümə məscidinin fotosunu paylaşaraq “Bura Naxçıvandır. Göründüyü kimi, ilk növbədə İranın “Qüds”ünü azad etməli olacağıq” yazmışdı. Bu dəfə də Abbasi dekabrın 6-da DSX-nın Akademiyasının əsas korpusunda baş verən yanğın hadisəsini qabardıb. Aydın şəkildə görünür ki, molla rejimi Abbasinin vasitəsilə Akademiyanın əsas korpusunda baş verən yanğının təsadüfən olmadığını, hətta bundan sonra da bənzər hadisələrin baş verə biləcəyini deyir. Bu yanaşma absurd olduğu kimi bir o qədər də hiyləgərdir. Yəni, belə çıxır ki, qarşıdakı günlərdə hansısa bir məktəbdə, mağazada, ya da yaşayış binasında yanğın baş versə, bunu İran törədəcƏk? Abbasi onu da iddia edir ki, “Bu, Bakı rejiminin seçdiyi taledir və mən Ərdoğana bir nəzər salmağı və özünə dərs almağı təklif edirəm”. “Ərdoğana nəzər salmaq” deyəndə Abbasi bir çox şeyi nəzərdə tuta bilər. Söhbət bir müddət öncə Taksimdə baş verən teraktdan, ondan əvvəl İraqda Türkiyə konsulluğuna edilən hücumdan, ya da bir il öncə Türkiyədə baş verən meşə yanğınlarından da gedə bilər. Ümumiyyətlə, daha çox versiyanı sadalamaq olar, lakin bunların heç birini İran etməyib, edəcək imkanı da yoxdur. Molla rejimi Rza Abbasi üzərindən özünü hər şeyə qadir dövlət kimi göstərməyə çalışır. Bununla da Türkiyəni və Azərbaycanı hədələyir. Reallıq isə ondan ibarətdir ki, rəsmi Tehran “Qardaş yumruğu” Azərbaycan-Türkiyə birgə təlimlərindən ciddi şəkildə narahat olub. Bu narahatlığını isə Rza Abbasi kimi şəxslər üzərindən süni ajiotaj yaradaraq göstərir”.sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
![](/uploads/posts/2017-12/1513590098_zehra-2.jpg)
![](/uploads/posts/2018-02/1519153962_15176299281096731184_1000x669.jpg)
![](/uploads/posts/2018-03/1520592290_631853_61520588488.jpg)
Son yüklənənlər
![](https://lent.az/storage/news/2025/february/05/big/67a370a47f33d67a370a47f33e173876445267a370a47f33b67a370a47f33c.webp)
![](https://news.milli.az/media/2025/02/05/aktau_kazakhmes_1.jpg)
![](/uploads/posts/2025-02/nadir-2.jpg)
Axtarış
Reklam
![](/templates/yenimanev2/images/rek22.gif)
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar