Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıdan Parisə tərs şillə - Əliyev yeni səfirin etimadnaməsini qəbul etmədi

Tarix: 10-12-2022 11:22     Baxış: 4293 A- / A+

 


Xəbər verildiyi kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iki gün öncə Fransanın yeni təyin olunmuş səfiri Ann Buayonla görüşüb. C.Bayramov Ann Buayonun etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu, regional vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyi və digər məsələlər müzakirə edilib.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışan nazir sülh gündəliyi, habelə sözügedən prosesin irəli aparılması üçün Azərbaycan tərəfindən atılan addımlar və təşəbbüslər barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistan tərəfindən törədilən təxribabtları və təhdidləri diqqətə çatdırıb.
Nazir Fransa tərəfindən səslənən qərəzli fikirlərin və Fransa Parlamentində qətnamələrin Azərbaycan-Fransa münasibətlərinə zərbə vurduğunu və sülh prosesinə töhfə vermədiyini də vurğulayıb.
Səfir Ann Buayon qəbul üçün Ceyhun Bayramova təşəkkür edib və münasibətlərin inkişafına çalışacağını bildirib.
Qeyd edək ki, bir qayda olaraq yeni səfirlərin etimadnaməsini Prezident İlham Əliyev özü qəbul edir. O ki ola Fransa kimi Avropanın böyük dövlətlərindən biri. Lakin bu dəfə Bakı ənənəni dəyişdi. Mərasim xarici işlər naziri səviyyəsinə “endirildi”. Diplomatiyada bu da qarşı tərəfə etirazın bir forması sayılır. 
Xatırladaq ki, bundan əvvəlki səfirin - Zakari Qrossun etimadnaməsini 2019-cu ildə Prezident İlham Əliyev şəxsən özü qəbul eləmişdi. Bu da diqqət çəkir ki, yeni səfir Fransa parlamentinin təxribatçı qətnamələri haqda heç nə demədi. Halbuki ən azı belə bir şablon ifadə söyləyə bilərdi ki, həmin sənədlər Fransa hökumətinin mövqeyini əks etdirmir. Amma bunu da demədi.
Yeri gəlmişkən, nazir Bayramov səfirin etimadnamsini qəbul elədiyi gün separatçıbaşı Araik Arutyunyan Fransa parlamentində görüşlər keçirir, “France 24" kanalına müsahibə verir, mətbuat konfransı keçirir, Azərbaycanın ünvanına hədyanlar söyləyirdi. Belə çıxır, Fransa heç öz səfirinə də hörmət qoymur. Ö zaman biz niyə qoymalıyıq?
Odur ki, yeni səfiri əslində heç Ceyhun Baytamov da yox, Azərbaycan XİN-in hansısa idarə rəisi qəbul eləsəydi, daha ədalətli və məntiqli olardı. Zatən, az öncə bizim Fransadakı yeni səfirimiz Leyla Abdullayevanın etimadnaməsini prezident Makron və ya Fransa xarici işlər naziri yox, XİN-in hansısa departament rəhbəri qəbul eləmişdi. 
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Məsələ ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, prosedur qaydalara görə, səfirin etimadnaməsinin surəti Xarici İşlər Nazirliyinə təqdim olunur. Sonra isə etimadnamənin əsasının dövlət başçısına təqdim olunması üçün gün müəyyən edilir. Müəyyən edilən gündə isə dövlət başçısı səfiri qəbul edərək etimadnamənin əsasını qəbul eləyir: “İndi Fransanın yeni təyin olunan səfirinin də etimadnaməsinin surəti Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edilib. Etimadnamənin surətini xarici işlər naziri qəbul edib və burada qaydaların pozulması yoxdur. Prezident tərəfindən etimadnamənin qəbul edilməsi ləngidilə də bilər, hətta əgər Fransa Azərbaycanın yeni səfirinin etimadnaməsini Prezident, hətta xarici işlər naziri səviyyəsində qəbul etməyib, etimadnaməni naziriliyin bir departament müdiri tərəfindən qəbul edibsə, diplomatiyadakı əsas prinsiplərdən sayılan qarşılıqlıq prinsipi işə düşə bilər. Yəni Azərbaycana qarşı necə davranılıbsa, biz də o cür davrana bilərik. Yəni etimadnamənin Xarici İşlər Nazirliyi səviyyəsində qəbulu ilə kifayətlənmək olar. Bu da bizim bizə qarşı edilən davranışa cavabımız olar. 
Azərbaycanda uzun illərdir belə bir prosedur ənənə formalaşıb ki, Prezident səfirlərin etimadnaməsini qəbul edir. Bu ənənənin Fransanın bizə qarşı sərgilədiyi davranışa cavab kimi Fransa səfiri timsalında pozulması mümkündür".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar