Xəbər lenti
Bakının başqa SEÇİMİ QALMIR - Ya bunu Rusiya edəcək, ya da əsgərimiz ...
"Erməni silahlı birləşmələrinin bölgədə qalması yolverilməzdir. Çünki onlar qeyri-qanuni silahlı birləşmələrdir. Ona görə qeyri-qanunidir ki, nə Azərbaycan rəsmi olaraq, nə Rusiya rəsmi olaraq, nə də Ermənistan özü rəsmi olaraq bu qeyri-qanuni silahlı birləşmələri əslində tanımayıb".
Manevr.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
O bildirib ki, Ermənistan konstruktivlik göstərməsə, öz təhlükəsizliyimizi qorumaq üçün bütün addımları atmağa məcbur olacağıq:
"Ermənistan "Dağlıq Qarabağ Respublikası" adlı bir qurumu bu vaxta kimi tanımayıb. Madam ki, İrəvan rəsmən tanımır, Ermənistan o silahlı birləşmələri də ordu kimi tanıya bilməz. Bu, hüquqi-siyasi nonsesdir əslində. Ona görə onlar qeyri-qanuni şəkildə fəaliyyət göstərirlər. Madam ki, bu belədir, regionda qeyri-qanuni şəkildə silahlı birləşmələr fəaliyyət göstərirlər, onlar tərkisilah olunmalıdır.
Üçtərəfli sazişdə bu məsələ öz əksini tapıb. Ona görə, orada yazılıb "erməni silahlı birləşmələri regionu tərk etməlidirlər". Orada ona görə "erməni silahlı birləşmələri" yazılıb ki, burada ermənilərə məxsus olan bütün silahlı qüvvələrin regiona tərk etməsindən bəhs edilir. Orada onlar bəyanatda ayrı-ayrı nəzərdə tutulmur (Ermənistan silahlı qüvvələri və qeyri-qanuni fəaliyyət göstərən erməni silahlı birləşmələri), bölünmür. Bəyanatın 4-dü bəndinə əsasən "Erməni silahlı dəstələrinin tərkisilah olunması ilə paralel şəkildə Rusiya sülhməramlıları regiona daxil olmalıdır" qeyd edilir. Amma indiki vəziyyətə nəzər yetirdikdə görürük ki, sülhməramlı kontingent regionda fəaliyyət göstərir, eyni zamanda həmin o erməni silahlı birləşmələri də regiondakı "fəaliyyətlərinə" qeyri-qanuni olaraq davam edirlər.
Madam ki, onlar qeyri-qanuni fəaliyyət göstərirlər, onlar tərkisilah olunmalıdır. Əgər Rusiya sülhməramlıları onları qoruyursa, onların bu "fəaliyyətinə" rəvac yaradırsa, o zaman bütün məsuliyyət Rusiya sülhməramlılarının boynuna düşür. Çünki üçtərəfli sənədə görə Azərbaycan bu ərazisini müvəqqəti olaraq Rusiya sülhməramlılarının sərəncamına verib.
Deməli burada gedən proseslərə görə məsuliyyət sülhməramlı kontingentin sərəncamına verib. Deməli burada gedən proseslərə məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür. Əgər kontingent isətmirlərsə ki, öz vəzifələrini icra etsinlər, bu onların öz problemləridir. O zaman biz nə etmək lazım olduğuna özümüz qərar verərik. Əgər sülhməramlılar bu qeyri-qanuni silahlı birləşmələri tərkisilah etməsə, onları zərərsizləşdirməsə, onda bu vəzifə bütün hallarda Azərbaycan silahlı qüvvələrinin üzərinə düşür.
Son olaylar da onu göstərir ki, biz bu vəzifəni məharətlə icra edə bilərik. Amma təbii ki, Azərbaycan istəyir ki, üçtərəfli saziş çərçivəsində bu proses getsin. Ona görə də Rusiyanı məsələyə daha ciddi yanaşmağa səsləyirik. Düşünürəm ki, Rusiya tərəfi müəyyən dərəcədə mesajları aydın alırsa, o zaman onlar əlbəttə ki, hərəkətə keçməlidirlər və bu istiqamətdə konkret addımlar atmalıdırlar.
Yox, əgər vəziyyət konservasiya şəklində - dəyişilməmiş qalacaqsa, o zaman təəssüflər olsun ki, əlbəttə burada toqquşma riski də artır, biz bunu istəmirik. Yeni müharibə, yeni münaqişəyə Azərbaycan üçün məqbul hesab edilən bir seçim deyil. Biz yenidən qan tökülməsini istəmirik. Lakin rəsmi İrəvan konstruktivlik göstərməsə, öz təhlükəsizliyimizi qorumaq üçün bütün addımları atmağa məcbur olacağıq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar