Xəbər lenti
Vasif Talıbovdan sonra Naxçıvana o rəhbərlik edəcək
Son günlər Naxçıvandan gələn xəbərlər, habelə DTX tərəfindən aparılan əməliyyatlar və həbslər gözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova yönəldib.
Manevr.az yenisabah.az-a istinadən xəbər verir ki, 16 dekabr 1995-ci ildən Muxtar Respublikaya sədrlik edən V. Talıbovun ötən gün istefa ərizəsini yazması barədə mediada xəbərlər yayıldı.
Maraqlıdır, əgər V. Talıbov, istefa etsə, onun səlahiyyətlərini kim icra edəcək?
Apardığımız qısa araşdırma nəticəsində məlum ki, 29 dekabr 1998-ci ildə qəbul olunan Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.
Bildirək ki, hazırda V. Talıbovun birinci müavini AM üzvü Azər Yadulla oğlu Zeynalovdur. Yeri gəlmişkən, onun Naxçıvanda “boz kardinal” adlandırılması haqda internet mediada xəbərlər mövcuddur.
31-ci maddədə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılmasından söz açılır. Belə ki, müvafiq maddəyə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması qaydası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilir.
Xatırladaq ki, Ali Məclisə seçkilər hər 5 ildən bir keçirilir. Ordubad, Kəngərli, Şahbuz, Babək, Culfa, Sədərək, Şərur rayonları ilə yanaşı Naxçıvan şəhəri də daxil olmaqla 45 deputat Muxtar Respublika Ali Məclisində təmsil olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar