Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan 4-cü bəndin icrasından rəsmən imtina etdi

Tarix: 08-12-2022 10:21     Baxış: 3286 A- / A+


Mirzoyan Bayramovun Lavrovla görüşdə “erməni qoşunların Qarabağdan çıxarılması” haqda fikrinə cavab olaraq bildirib ki, Qarabağdakı separatçıların qondarma “ordusu” oradakı ermənilərin müdafiəsi məqsədilə lazımdır. Və erməni nazirin “arqumenti” belədir ki, “Azərbaycanın davamlı atəş açması da “müdafiə ordusu”nun nə qədər vacib olduğunu göstərir, erməni əhalisinə qarşı “ekzistensial təhlükə” aradan qalxanda müxtəlif variantları müzakirə edə bilərlər”.
Rəsmi İrəvan bununla bəyan edir ki:
- Qarabağda hələ də qalan erməni silahlı dəstəni separatçıların qondarma “müdafiə ordusu” olaraq görürlər;
- 10 noyabr bəyanatında öhdəlik götürsələr də, bu silahlıları çıxarmaq fikrində deyillər.
Qarabağda baş verən təxribat hücumlarının intensivləşməsinə də bu kontekstdə baxmaq lazımdır: ermənilər (həm də ruslar) atış açır, Azərbaycanı cavab atəşinə təhrik edir və erməni hərbi dəstələrinin bölgədə qalmasının əhəmiyyətini “praktiki formada” göstərirlər.
Razılaşmadan iki il sonra da Ermənistanın mövqeyinin dəyişməməsi, əksinə, 4-cü bəndə əməl etməyəcəyini daha açıq mətnlə dilə gətirməsi təsdiq edir ki, silahlı dəstələrin çıxarılmasının yeganə yolu məcburetmə əməliyyatlarıdır.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar