Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı rəsmilərlə görüşdə Vitali Balasanyan da iştirak edib

Tarix: 08-12-2022 10:08     Baxış: 3231 A- / A+

Azərbaycanlı rəsmilərlə görüşdə Vitali Balasanyan da iştirak edib


Dekabrın 7-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin  Xocalıda Rusiya sülhməramlılarının komandanlığı ilə keçirdiyi görüşdə Qarabağ separatçılarının nümayəndəsi də iştirak edib.

Bu barədə “Hraparak”ın məlumatında deyilir. Məlumata görə, həmin şəxs Qarabağ separatçılarının qondarma “təhlükəsizlik katibi Vitali Balasanyan olub.

Separatçıların bununla bağlı yaydığı xəbərdə qeyd edilib ki, Vitali Balasanyan bu görüşdə qondarma “Artsax”ın maraqlarını qorumaq mövqeyindən çıxış edib.

Xatırladaq ki, dekabrın 3 və 7-də İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri Qarabağın dağlıq hissəsinə keçərək, hazırda Azərbaycan Respublikasının ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşüb.

Sülhməramlıların Xocalıdakı qərargahında keçirilmiş görüşdə faydalı qazıntı yataqlarına, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunub.
Rəsmi məlumatda görüşün konstruktiv ruhda keçdiyi, aidiyyəti üzrə təmasların davam etdiriləcəyi bildirilib.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar