Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya güzəştə məcbur oldu: “Azərbaycan antiterror əməliyyatı ərəfəsindədir”

Tarix: 07-12-2022 17:50     Baxış: 4280 A- / A+

Rusiya güzəştə məcbur oldu: “Azərbaycan antiterror əməliyyatı ərəfəsindədir”


Azərbaycan və Rusiya arasında əldə olunmuş razılaşmaya görə, yeni Laçın dəhlizi adlanan yolda mini gömrük-keçid məntəqəsi quraşdırılacaq.
Azərbaycan gömrük postundan keçən yüklərə onlayn qaydada, Rusiya tərəfdən isə sülhməramlı qüvvələr nəzarət edəcək. Bununla da Azərbaycan Rusiya sülhməramlı kontingentinin Qarabağda müvəqqəti nəzarət zonası ilə Ermənistan arasında qanunsuz yüklərin və silahların daşınmasının qarşısını almağa çalışır. Bu qərar Rusiyanın Azərbaycanın mövqeyi ilə razılaşmaqdan başqa yolunun qalmadığını göstərir. Əks təqdirdə, Azərbaycan yeni yolda sərhəd-buraxılış və gömrük-keçid məntəqələri qurmaq üçün antiterror əməliyyatı keçirmək məcburiyytəində qala bilər. 
Rusiya bu prosesin baş verməməsi üçün güzəştə getməlidir. Ancaq mini gömrük postu vasitəsilə Azərbaycanın kənardan avtomobillərin, insanların və yüklərin hərəkətinə tam nəzaerət edəcəyinə dair çoxsaylı suallar var. Bu baxımdan, sülhməramlıların sözügedən anlaşması Kremlin növbəti manevri də ola bilər. 
“Hraparak” qəzetinin yazdığına görə, Laçından çəkilmiş yeni yolda Azərbaycanın mini gömrük məntəqəsi quraşdırılmasına dair Rusiya sülhməramlıları ilə əldə olunmuş razılaşmanı qondarma rejimin rəhbərliyi də qəbul etmək məcburiyyətində qalıb. Adıçəkilən mənbə qeyd edir ki, oyuncaq qurumun “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan və onun komandası Rusiya sülhməramlılarının rəhbərinin çağırışı ilə dünəndən cəmiyyətin başının altına yumşaq yastıq qoymağa çalışaraq bildirirlər ki, Laçın dəhlizində keçid məntəqəsi olmayacaq. 
Rentgen skanerinin quraşdırılması məsələsi isə hələ yalnız müzakirə olunur. Lakin mənbələr bildirir ki, bu cihazların quraşdırılması ilə bağlı artıq razılıq əldə olunub və yaxın vaxtlarda sülhməramlı qüvvələrinin nəzarət-buraxılış məntəqəsində belə skanerlər quraşdırılacaq: 
“Azərbaycanlılar onlayn rejimdə Qarabağa daxil olan və çıxan avtomobillərin sərnişinlərinə və baqajlarının içinə nəzarət edə biləcəklər, yəni ruslarla birlikdə dəhlizə nəzarət edəcəklər. Halbuki 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda yolun yalnız Rusiya sülhməramlılarının nəzarətində olacağı açıq-aydın göstərilib. Bir gün əvvəl Rusiya sülhməramlı kontingentinin komandiri Volkovun Balasanyanla uzun söhbət etdiyi və anti-Rusiya əhval-ruhiyyəsi dalğasını qaldırmamaq üçün bu razılaşma faktını hələlik gizlətməyə qərar verdiklərinə dair sübutlar var”. 
Manevr.az-ın xəbərinə görə, politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan Rusiyanın vədlərinə inanmamalı və 10 noyabr Bəyanatının yerinə yetirilməsini tələb etməlidir: 

“Rusiyanın Azərbaycana hər hansı güzəştindən söhbət getmir. Çünki Rusiyanın nə Azərbaycana, nə Ermənistana, nə də bu iki ölkə arasındakı münasibətlərin tənzimlənməsinə, eləcə də Qarabağa məsələsinin həllinə münasibətində dəyişiklik var. Biz bunu sülh müqaviləsinin təqdim olunmasında da gördük. Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşü də göstərdi ki, Rusiya müəyyən reallıqları nəzərə almaq məcburiyyətində qalsa belə,  bu məsələnin həllini istəmir. Rusiya Qarabağ probleminin gələcək nəsillərə ötürülməsində maraqlıdır.
Bu isə o deməkdir ki, Rusiya Azərbaycanda hərbi mövcudluğunu saxlamaq istəyir. Sadəcə olaraq, Laçın yoluna nəzarətlə bağlı əldə olunmuş razılaşma bir məcburiyyətdir. Çünki ABŞ və Avropa İttifaqı yaxın perspektivdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin üçüncü mərhələdə müzakirəsini aparacaq. Ermənistanın təqdim etdiyi təkliflərə Azərbaycan cavab verib və bu müzakirə olunmalıdır. Bu görüş ola bilsin ki, Qərb paytaxtlarından birində, yəqin ki, Vaşinqtonda keçiriləcək. Rusiyanın mövqeyi gedən qatara qaçıb çatmaq cəhdindən başqa bir şey deyil. Eyni zamanda, Qarabağda vəziyyət elə bir böhranlı həddə çatıb ki, Azərbaycan antiterror əməliyyatı keçirmək ərəfəsindədir. Bunu Rusiya anlayır və sülhməramlı qüvvələrin prosesə müdaxilə etmək imkanı yoxdur. Belə olan təqdirdə, Rusiya Qarabağdakı erməni əhalisi arasında nüfuzunu tamamilə itirəcək. Azərbaycan da bu əməliyyatı keçirəndən sonra Rusiya hərbi kontingentinin Qarabağda mövcudluğuna ehtiyac qalmayacaq. Ona görə də hansısa addımların atılmasına ehtiyac var idi. Xüsusuilə də İranın xüsusi xidmət orqanlarının əməkdaşlarının Qarabağa keçməsi bu yöndə səbr kasasını daşdırdı. Nəhayət, Azərbaycanın faydalı qazıntılarının separatçı rejimin başçıları və general Volkov tərəfindən mənimsənilməsi vəziyyəti gərginləşdirdi. Bu faktları ört-basdır etmək və gözə kül üfürmək üçün mini gömrük postu yaradılır. Gömrük postu nəyə görə mini olmalıdır? Yəni müəyyən cihazların quraşdırıldığı, kiçik bir tikilidə adi post quraşdırılacaq və Azərbaycan orada nəzarəti onlayn şəkildə həyata keçirəcək”. 
Ekspert bildirib ki, məsələ yalnız yüklərin yoxlanılması ilə bitmir: 
“Fiziki şəxslərin hər iki istiqamətdə hərəkətini izləmək çətin olacaq. İranın xüsusi xidmət orqanlarının əməkdaşları Qarabağa gəldikdən sonra Azərbaycan tərəfi bunu ictimailəşdirdi. Həmin adamların Azərbaycan ərazisini tərk etdiyinə dair Volkov açıqlama verdikdən sonra yenidən 13 nəfərin Qarabağa gəldiyi barədə xəbər yayıldı. Bu, onu göstərir ki, Rusiyanın nəzarətində olan heç bir post, mexanizm Azərbaycana qarşı təxribatların qarşısını almayacaq. Biz özümüzü aldatmamalıyıq və Azərbaycan özü nəzarət mexanizmini yaratmalıdır. Bunun üçün kifayət qədər əsaslar var.
Çünki 10 noyabr Bəyanatı icra olunmur. Azərbaycan nəyə görə bu sənədi təkbaşına icra etməlidir? Zəngəzur dəhlizi açılmırsa, Azərbaycan nə üçün Laçın yolunu eyni satusda saxlamalıdır? Rusiya Ukraynada olduğu kimi bölgəmizdə də İranın imkanlarından istifadə edərək anti-Azərbaycan fəaliyyəti ortaya qoyur. Azərbaycanın zaman itirməsinə yol vermək olmaz. Biz növbəti dekabr ayına qədər nə üçün zaman itirməliyik? Bir il də bunun müzakirəsi davam etsə, 2025-ci ildə Rusiyanı Qarabağdan çıxartmaq çətin olacaq. Amma bunu indi etmək mümkündür. Çünki 10 noyabr Bəyanatının 4-cü və 9-cu bəndləri işləmir. Bununla da sənəd qüvvədən düşmüş sayılır. Bir sənəd bütündür. Onun bir müddəasına əməl olunmursa, qüvvədən düşmüş hesab edilir. Bu, beynəlxalq hüquqda belədir. Ona görə də Rusiya 10 noyabr Bəyanatının 4-cü bəndini icra etmirsə, gömrük postu barədə deyilənlərin əhəmiyyəti qalmyacaq”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar