Azərbaycanda quru sərhədlərinin açılmamasının səbəbi məlum olub.
Manevr.az xəbər verir ki, bu barədə modern.az-a müsahibəsində Milli Məclisin deputatı Soltan Məmmədov danışıb.
Onun sözlərinə görə, pandemiyanın səngiməsinə baxmayaraq, quru sərhədlərinin bağlı qalmasının bir sıra səbəbləri var. Bununla belə deputat sərhədlərin açılmasının anonsunu verib.
“Azərbaycanda quru sərhədlərinin bağlanması o zaman pandemiya ilə əlaqədar atılan addım idi. Bu gün sərhədlərin açılmasında əhalidən daha çox dövlət maraqlıdır. Çünki istənilən halda sərhədlərin bağlı olması iqtisadiyyata ziyan vurur. Amma sərhədlərin açılmaması o deməkdir ki, bunun üçün səbəblər var. Bu, ilk növbədə dünyada baş verən mürəkkəb proseslər fonunda milli maraqlarımıza xələl gətirilə biləcək halların qarşısının alınması üçün vacibdir. Mövcud reallıqlarda bütün risklərin qiymətləndirilməsinin nəticəsi olaraq sərhədlərin bağlı olması zərurətdən doğan addımdır.
Yenə də qeyd edirəm ki, Azərbaycan özü sərhədlərin açılmasında maraqlıdır. Sərhədlər açılacaq, buna şübhə yoxdur. Bu gün biz görürük ki, Çində də yoluxma artıb. Yenidən hər hansı məhdudiyyətin tətbiq olunması insanlarda qıcıq yaradır. Ona görə də məhdudiyyətlərin ləğv edilib, yenidən bərpası düzgün olmazdı. Sərhədlərin açılmamasının səbəbi dünyada və regionda gedən geosiyasi vəziyyət, eyni zamanda pandemiyadır. Ümid edirik ki, bu vəziyyət tezliklə dəyişəcək və sərhədlərimiz açılacaq”, - deyə deputat vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın quru sərhədləri pandemiya səbəbindən 2020-ci ilin mart ayında bağlanıb. Hazırda Azərbaycanı tərk etmək yalnız hava nəqliyyatı vasitəsilə mümkündür.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar