Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan TƏŞVİŞDƏ: “Ərdoğan Avropa və Asiya sərhədlərində “üçüncü qüvvə” formalaşdırır” – Ovannisyan

Tarix: 05-12-2022 15:14     Baxış: 4284 A- / A+

print sharing button
“Siyasətdə hansısa işi “bərbad edən” şəxsin onu düzəldəcəyini düşünmək sadəlövhlükdür. Odur ki, bizə böhran yaradan yox, böhrandan çıxaran menecer lazımdır. Amma təəssüf ki, bunu hamı başa düşmür”.
Manevr.az xəbər verir ki, bu fikirlər erməni analitik Samvel Ovannisyanın məqaləsində yer alıb:

“Ötən həftə Azərbaycan tərəfinin Xankəndi-Gorus yolunu bağlamasını  Ermənistanın “Respublika” Partiyasının icra orqanının üzvü Eduard Şarmazanov şərh edib. Lakin o, Azərbaycan tərəfinin addımını NATO müttəfiqlərinin və ya NATO-ya yaxın dairələrin yeni təxribatlara əl atması kimi dəyərləndirməklə Ermənistanın onsuz da aşağı olan imicini yerlə bir edib. Şarmazanov hesab edir ki, NATO-ya yaxın qüvvələr Rusiyanın bütün sərhədləri boyunca, o cümlədən Cənubi Qafqazda, Qarabağda (“Artsax” – separatçıların dili ilə) və hətta Ermənistanda yeni toqquşmalar törətməyə çalışır. Şarmazanov həmçinin bildirib ki, problemin həllinə ümid Rusiya ilə bağlıdır. Çünki Qərb yalnız boş bəyanatlar verməklə kifayətlənir: “Hesab edirəm ki, biz yalnız Rusiya sülhməramlılarına, Rusiyadakı müttəfiqlərimizə arxalanmalıyıq”, – Şarmazanov vurğulayıb”.

Erməni analitik daha sonra məqaləsində təxribatçı fikirlərə yer verərək, Rusiya-Azərbaycan münasibətlərini qızışdırmağa cəhd göstərir: “Doğrudanmı o (Eduard Şarmazanov – red) hesab edir ki, Rusiyaya qarşı münasibət sərgiləyən Azərbaycan hakimiyyəti yox, NATO-dur?  Bu nəticəyə yalnız Türkiyənin NATO üzvü olması səbəbindən gəlibmi? Bəli, Türkiyə NATO-nun üzvüdür. Lakin Ərdoğan çox müstəqil oyunçudur, Brüssel və Vaşinqtondan asılı olmayaraq hərəkət edir.  Bunu rəsmi Ankaranın Suriya və İraqda kürd qruplarına qarşı apardığı  “pəncə qılınc” hərbi əməliyyatları bir daha sübuta yetirir. Üstəlik, Rusiyadan ABŞ-ın qadağasına baxmayaraq “S-400”lərin alınması və  Ankaranın Kiprlə bağlı davranışı onun nə qədər müstəqil olduğunu ortaya qoyur. Türkiyə NATO üzvü kimi deyil, regionda müstəqil oyunçu kimi çıxış edir. Ərdoğan faktiki olaraq Avropa və Asiya sərhədlərində “üçüncü qüvvə” formalaşdırır” – Ovannisyan deyib.

“Azərbaycana gəlincə, hazırda Qərb enerji böhranı fonunda Bakı ilə daha da yaxınlaşıb. Çünki Avropa Milad bayramını soyuqda qeyd etmək istəmir. Yalnız Fransa Bakıya münasibətdə açıq demarşa icazə verir. Azərbaycanın ixrac boru kəmərlərinə milyardlarla sərmayə qoyan avropalılara doğrudanmı burada sabitliyin pozulması lazımdır? Hesab edirəm ki, “Artsax” da hərbi əməliyyatlar ideyası Brüsseldə və ya Vaşinqtonda yaranmayıb. Deməli, Qarabağda müharibənin başlamasına, “Artsax”ın məhv olunmasına, Ermənistanın təhlükəsizliyinin təhdid edilməsinə rəvac verən məhz Rusiyadır.  Şarmazanov isə onlara ümid bəsləməkdə davam edir. Görünür, bizim müxalifətçilər uşaq sadəlövhlüklərini işə salıblar. Ermənistanın Qərb dövlətləri ilə təhlükəsizlik sazişi və açıq-aşkar qərbyönlü mövqeyi olsaydı, biz belə müdafiəsiz vəziyyətdə qalmazdıq” – deyə erməni analitik fikirlərini tamamlayıb./Konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar