Xəbər lenti
“Prezident Səmərqənddə Azərbaycanın yeni hədəflərini dünyaya bəyan etdi"
“Azərbaycan Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışı dünyanın bir çox dairələrində müzakirə olunmaqdadır. Azərbaycan Prezidenti qarşıdakı dövrdə Azərbaycanın hədəflərini dünyaya bəyan etdi, o cümlədən, Türk ölkələrini bu hədəflərin gerçəkləşməsinə dəstək verməyə çağırdı”.
Bu fikirlərin müəllifi, Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, Azərbaycan tarixən türkçülüyün əsas mərkəzlərindən hesab olunur: “Hələ bir əsr əvvəl Azərbaycan milli ziyalılarının göstərdiyi hədəflər bütün Türk dünyası üçün ideoloji yol xəritəsi idi. Azərbaycan sovet dövründə belə mümkün şərtlər daxilində bu yolu davam etdirib. Bu gün isə Azərbaycanın daxii və xarici siyasətinin əsas prioritetlərindən biri türk ölkələri arasında birlik, inteqrasiyadır”.
Millət vəkiliin sözlərinə görə 44 günlük Vətən müharibəsinin yaratdığı yeni reallqlar Türk ölkələrinə yeni ruh verib: “Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Azərbaycanın Zəfəri Türk dünyasında böyük əks-səda doğurub. Cənab Prezidentin çıxışında dediyi kimi Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. - Gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır”.
A.Məmmədovun sözlərinə görə Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə bundan sonra daha çox diqqət göstərəcək: “Biz bu prosesdə türk dövlətlərini də yanımızda görmək istəyirik: “Bu gün işğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətləri işləyirlər. Eyni zamanda, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaq. Bu da böyük qayıdışa qardaş dəstəyidir. Azərbaycan Prezidenti çıxışında qardaş dövlətləri yalnız mədəni fəaliyyətlərdə deyil, müdafiə, müdafiə sənayesi, təhlükəsizlik məsələlərində də işbirliyinə səslədi. Bunlar çox ciddi, indiyədək bu ali tədbirdə səsləndirilməmiş təkliflərdir. Azərbaycan Prezidenti artıq münasibətlrin daha ciddi məhrələyə keçməli olduğunun anonsunu verdi”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar