Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: "İsraildə səfirliyimiz açılmalıdır"

Tarix: 11-11-2022 14:52     Baxış: 4339 A- / A+


 
“Ermənistan sülh istiqamətində addım atmaq istəmir”.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Asim Mollazadə deyib.
Deputat bildirib ki, bu istiqamətdə Azərbaycan öz işlərini gücləndirməlidir: “Terror fəaliyyətini həyata keçirən qüvvələr Azərbaycana qarşı da bu addımı ata bilərlər. Azərbaycanın xarici kəşfiyyatı öz işlərini gücləndirməlidir. İsraildə səfirliyimiz açılmalıdır. Dünya azərbaycanlılarının həmrəyliyi ilə bağlı son illər bizim fəaliyyətimiz qənaətbəxş deyil. Bu istiqamətdə Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin təbliği üçün müvafiq maliyyə vəsaiti ayırmalıyıq, müvafiq Fond yaratmalıyıq. Azərbaycanlıların həm hüquqlarının müdafiəsi, həm öz ana dilində təhsil alması bu Fond vasitəsilə həyata keçirilə bilər. Dünya azərbaycanlılarının səsi dünyada daha gur olmalıdır. Türk və Azərbaycanlılar şəbəkəsi nəhayət ki, yaradılmalıdır və bizə qarşı olan təxribatlar sisteminə qarşı çıxmalıdır. Bu da bir üsuldur. Digər tərəfdən, vahid türk təhsil sisteminin, vahid əlifbanın yaradılması istiqamətində işlər ləngiyir. Biz öz alimlərimizi bu işə cəlb etməliyik. Elmə az vəsait verilməsi məsələsi qaldırılır. Söhbət fundamental elmdən gedirsə, bizim bura milyardlarla vəsait ayırmaq imkanımız yoxdur. Amma Azərbaycanın xalqının mədəniyyəti, dili ilə bağlı elm sisteminə biz vəsaitləri artıra bilərik”.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar