Milli.Az xəbər verir ki, bu sözləri tanınmış publisist və politoloq Andrey Piontkovski deyib.
"Ərdoğanla söhbətin böyük təsiri oldu. Üstəlik, bütün qərarların və siyasi bəyanatların Türkiyə və Rusiya müdafiə nazirləri arasında təmasların nəticəsi olması əlamətdardır", - deyə analitik bildirib. Onun sözlərinə görə, Türkiyə Rusiyaya Qara dənizdə kimin söz sahibi olduğunu və türk donanmasının nəyə qadir olduğunu xatırladıb.
"Putin o zaman müharibəyə getməkdən qorxurdu və indi bunun səbəbini görürük. Onda dünyanın "ikinci ordusu" ilə bağlı müzakirələr vardı, amma Rusiya ordusunun Ukraynadakı vəziyyəti Türkiyənin Cənubi Qafqazdakı rus qoşunları ilə nə edə biləcəyini göstərir. Putin qorxdu və geri çəkildi. Onunla belə danışmaq lazımdır", - politoloq qeyd edib.milli.az