Xəbər lenti
“Tramp hiss edir ki, Ərdoğanla dil tapmaq olar”
“Referendum dəyişikliyi Türkiyə dövləti, xalqı üçün yeni dövr açır. İndi hər şey bunun necə idarə etməkdən asılıdır”.
Bu barədə politoloq İlqar Altay ökə.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkələr Türkiyənin yeni dönəmində Ərdoğan hakimiyyətilə yeni əlaqələr qurmağa çalışırlar.
“Obama dövründə Türkiyə ilə ABŞ münasibətləri bir qədər gərgin idi. Burada da Obamanın xarici siyasətindəki səhvlər idi. Onun Türkiyə hökumətinə qarşı atdığı səhv addım oldu. Türkiyə Rusiyanın təyyarəsini vurandan sonra iki dövlətin münasibətləri korlandı. Bundan sonra Ərdoğan MDB-dəki Türk dövlətlərinə yaxınlaşmağa başladı. Qazaxıstanla, Azərbaycanla münasibətləri qorudu. Həmin dövrdə Azərbaycan Prezidenti İlham Əliyev də birmənalı olaraq Türkiyənin yanında olduğunu bildirdi. Ərdoğan Ukrayna ilə əlaqələri də yaxşılaşdırmağa başladı. Hətta Lukaşenkonu Türk Birliyi Dövlətlərinin toplusuna dəvət etdi. O vaxt Avropa və ABŞ Türkiyəyə dəstək versəydi, Rusiya üçün yaxşı olmazdı. Putinin də qorxusu bundan idi. Amma belə anda Obama Türkiyənin xeyrinə olmayan hərəkətlər etdi. Amerika tərəfindən ehtiyac olmayan addımlar atıldı. Nəticədə Türkiyə ilə ABŞ arasında münasibətlər daha da soyudu, bununla da Rusiya tərəfə dönüş başladı”, - deyə İ.Altay bildirib.
Politoloq hesab edir ki, D.Trampın Ərdoğana zəng vurmağı vaxtında və düzgün atılan addımdır:
“Baxmayaraq ki, Donald Tramp güclü siyasətçi deyil, lakin o praktik insandır. O, özü də hiss edir ki, Ərdoğanla dil tapmaq olar. Bu səbəbdən də, Tramp Türkiyə hakimiyyətilə əlaqələri sıxlaşdırmağa çalışır. Düşünürəm ki, bu əlaqələrin yaxşılaşması qarşıdakı perspektivləri aça bilər. ABŞ Türkiyə arasındakı soyuqluğu aradan götürə bilər. Trampla Ərdoğanın hardasa oxşarlıqları da var. Buna görə də, hesab edirəm ki, onlar dil tapa bilərlər. Bu da Türkiyənin yenidən Qərbə tərəf adım atmasına səbəb olar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar