Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Britaniyadan Azərbaycana dəstək

Tarix: 27-10-2022 17:59     Baxış: 4443 A- / A+




Böyük Britaniyanın xarici işlər nazirinin müavini lord Tariq Əhməd və Lordlar Palatasının bir sıra üzvləri Azərbaycanın mövqeyinə dəstək ifadə edib.
Manevr.az  xəbər verir ki, Lordlar Palatasının üzvü, Britaniya-Ermənistan parlamentlərarası fostluq qrupunun həmsədri baronessa Kerolayn Koksun Azərbaycan əleyhinə bəyanatlarına cavab olaraq digər üzvlər ya neytral, ya da Azərbaycanı dəstəkləyən açıqlamalar verib.
Lord Qurban Hüseyn qeyd edib ki, bir müddət əvvəl Ermənistanla Azərbaycan arasında baş vermiş toqquşmalar iki ölkə arasında normallaşma prosesinin və sülhün qurulmasının sürətləndirilməsinin vacibliyini ortaya çıxarırÖz növbəsində lord Devid Evans diqqəti Azərbaycan ərazilərinin minalanması probleminə yönəldib və minaların təmizlənməsi prosesində Azərbaycana göstərdiyi maliyyə yardımına görə Britaniya hökumətinə təşəkkür edib.
O xatırladıb ki, Azərbaycanda minaların partlaması nəticəsində 260 mülki şəxs zərər çəkib, bundan başqa, 3 890 azərbaycanlı itkin düşmüş hesab olunur ki, Ermənistan onlar barəsində hər hansı informasiya verməkdən imtina edir.
Baronessa Pola Uddin oktyabrın əvvəlində Praqada baş tutmuş Azərbaycan və Ermənistan liderlərinin görüşünə dəstəyini ifadə edib. O vurğulayıb ki, Ermənistan tərəfinin fəaliyyətsizliyi ilə əlaqədar 3 890 azərbaycanlının taleyi hələ də naməlumdur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar