Xəbər lenti
XİN-nin bəyanatı: Azərbaycan Laçın dəhlizini bağlayır?
Ermənistandan yeni dəhliz vasitəsilə Qarabağa minalar daşınır.
Azərbaycan Xarici İşlər Nazirlyinin yaydığı məlumatda belə deyilir:
"2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, üçtərəfli Bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Ermənistanda beynəlxalq səviyyədə qadağan olunmuş plastik minalar istehsal olunur. Həmin partlayıcı vasitələrin minaaxtaran qurğular vasitəsilə aşkarlanması çətin olduğundan insan həyatı üçün daha təhlükəli hesab edilir. Son aylar Qarabağda və Laçında işğaldan azad edilmiş ərazilərdə Ermənistandan gətirilmiş minlərlə belə mina aşkar edilib. Qeyd edilən faktlar Rusiya sülhməramlılarının qanunsuz partlayıcıların daşınmasına mane olmadığını, əksinə şərait yaratdığını göstərir. Bununla da 10 noyabr Bəyanatını yalnız Ermənistan deyil, həmçinin, Rusiya kobud şəkildə pozur.
Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında Ermənistandan Qarabağa yalnız mina deyil, həmçinin, ağır silahların və zirehli texnikanın daşındığını deyib:
"Ermənistan son zamanlar həm Azərbaycanla sərhəddə, həm də Qarabağda silahlanmaya diqqəti artırıb. Bəli, dəhlizdən vətəndaşlar, nəqliyyat vasitələri və mülki təyinatlı yüklər daşınmalıdır. Amma Ermənistandan Qarabağa ağır silahlar, zirehli texnika və tanklar da daşınır. Bu da ciddi etirazlara səbəb olur. Azərbaycan bunun qarşısını almaq üçün tədbirlər görməyə çalışmalıdır. Hesab edirəm ki, silahların daşınmasının qarşısını almaq üçün Azərbaycan suveren hüquqlarından istifadə edib yeni Laçın dəhlizində sərhəd-buraxılış və gömrük-keçid məntəqələri qurmalıdır. Əks təqdirdə, vəziyyət daha dözülməz hal alacaq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar