Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan Ordusunun bütün ehtiyacları təmin ediləcək” - Hulusi Akar

Tarix: 21-10-2022 17:46     Baxış: 3363 A- / A+


“Azərbaycan Ordusunun bütün ehtiyacları təmin ediləcək” - Hulusi Akar
“Azərbaycan Ordusunun ehtiyacı olan nə varsa, bütün hamısı təmin ediləcək”. 
Manevr.az xəbər verir ki, bu sözləri “Report”a Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Əsas məsələ Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin minimum ehtiyaclarını təmin etməsidir. Bunların bir qisminin Azərbaycanda istehsalı, digər bir qisminin isə Azərbaycana gətirilməsi, tədarükü müzakirə mövzusudur” - o, bildirib 

H.Akar deyib ki, bu mövzuda işlərimiz çox uğurlu şəkildə davam edir: “Yaxın günlərdə irəli addımlar atılacaq. Azərbaycan ordusunun ehtiyacı olan nə varsa, bütün hamısı təmin ediləcək. Azərbaycan daha təhlükəsiz olacaq”.
 
Onun sözlərinə görə, əsas məsələ Azərbaycanın müdafiəsidir:
 
“Ordu müdafiənin arzu edilən səviyyədə olması deməkdir. Ordunun donanması üçün bir tərəfdən logistika, digər tərəfdən hərbçilər var. Bu baxımdan quru və hava silahları, dənizdə istifadə edilən silahlar var. Biz bu məsələ üzərində intensiv işləyirik, əməkdaşlıq edirik, tərəfdaşlığımız davam edir. Əlimizdən nə gəlirsə, başqa məsələlərdə olduğu kimi bu mövzuda da azərbaycanlı bacı-qardaşlarımızı dəstəkləməyə davam edirik. Bütün bunların hamısını uğurlu şəkildə reallaşdırsaq, birlikdə işlərimiz olacaq. Təbii ki, zamana bağlı mövzular var”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar