Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Mehriban İmanova kimdir? – DOSYE + ŞƏKİL

Tarix: 18-10-2022 17:26     Baxış: 4363 A- / A+


Prezidentin yüksək vəzifəyə təyin etdiyi Mehriban İmanova kimdir? – DOSYE + FOTO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mehriban İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 
Manevr.az xəbər verir ki, Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilən Mehriban Natiq qızı İmanova riyaziyyat üzrə fəlsəfə doktorudur.
Mehriban İmanova Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosentidir.
M.İmanova 26 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. 1985-1995-ci illərdə Bakı şəhəri 236 saylı orta məktəbdə oxuyub. 1995-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin bakalavr təhsil pilləsinə daxil olub və 1999-cu ildə oranı bitirib.
1999-cu ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin magistratura pilləsinə daxil olub və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) bitirib.
2003-2007-ci illərdə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 2001-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının baş laborantı kimi əmək fəaliyyətinə başlayıb.2010-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2019-cu ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.
M.İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var./bizim.media

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar