Xəbər lenti
Sərhəddə fars qoşunu: İran gücünü kimə göstərir? - Polkovnikdən açıqlama
Xəbər verdiyimiz ki, İran Azərbaycan sərhəddində hərbi təlimlər keçirir.
İranın bu addımı birmənalı qarşılanmayıb və müzakirələrə rəvac verib.Bəs görəsən, İran bu təlimlərlə kimə güc göstərir? Təlimlərdən narahat olmağa əsas varmı?Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik-leytnant Elxan Şıxəliyev bildirib ki, İran bu təlimlərlə şərti olaraq Azərbaycan və Ermənistanı hədəf göstərir:

E.Şıxəliyev İranın bu addımını blef kimi qiymətləndirib:
“Məsələnin ikinci tərəfi isə Avropanın Ermənistana göndərdiyi 40-50 nəfərlik texniki heyətdir ki, bu da İranda qıcıq yaradır. Çünki İran bilir ki, o heyətlərin məqsədi təkcə Azərbaycan-Ermənistan sərhədi deyil, onların bir funksiyası da kəşfiyyat məlumatlarının toplanması olacaq. İndiki proseslərin fonunda İran planlar qurur. Bu təlimlərin məqsədi də budur. İran mesaj verir ki, bu bölgədə mən də oyunçuyam, mənim də siyasi baxışlarımı nəzərə alın. Əgər təmas xəttində bizimlə Ermənistan arasında münaqişə yaranarsa, İran Ermənistana müttəfiq olacağı mesajını verir və deyir ki, məni də güc olaraq nəzərə alın. Amma İran reallıqda bunu edə bilərmi? Düşünürəm ki, etməz. Çünki etsəydi, 44 günlük müharibədə edərdi. Həmin müharibədə biz Xudafərinə çatanda oranın iranlı qoruyucuları ilə bizim əsgərlərimiz arasında hər hansı çatışma yaşanmadı, məsələ sülh yolu ilə həll olundu və əsgərlərimiz o yolla keçdilər. Onlar 44 günlük müharibədə bunu etmədilərsə, demək ki, indi etdikləri güc göstərisi və blefdir. Çünki İran bilir ki, İsrail İranın hər hansı münaqişəyə aktiv şəkildə qoşulmasını istəyir. İran bunun fərqindədir, bu təlimdən o tərəfə keçiriləcək məsələ deyil”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar