Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

"İlham Əliyevin prezident seçilməsi müstəqillik tariximizin ən önəmli hadisələrindəndir"- Deputat

Tarix: 16-10-2022 16:46     Baxış: 3330 A- / A+
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı


Azərbaycanın müstəqillik tarixində ən önəmli hadisələrdən biri də 2003-cü il 15 oktyabr tarixində keçirilmiş prezident seçkiləridir. Həmin dövrdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verərək layiqli namizəd, xalqın inam yeri cənab İlham Əliyevi ilk dəfə olaraq prezident seçmişdir. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verərək ölkənin gələcək taleyini etibarlı əllərə vermişlər. Bu seçkilər həm də əhalinin siyasi kursa olan dəstəyinin, sadiqliyin bariz təzahürü idi.
Cənab Prezident İlham Əliyevin idarəçiliyi ilə ilk illərdə istər ideoloji dayaqların möhkəmlənməsi, istərsə də vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində mühüm addımlar atıldı. İqtisadiyyyatın, xüsusi ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər görüldü. Hər birimiz həmin dövrdə ölkədə nəhəng infrasturktur layihələrinin həyata keçirilməsinə şahidlik etdik. Qısa müddət ərzində nəqliyyat sistemi yenidən quruldu, olimpiya kompleksləri, səhiyyə ocaqları, mədəniyyət evləri, təhsil müəsissələri ən yüksək səviyyədə  tikilib istifadəyə verildi.
Möhtərəm Prezidentin xarici siyasəti nəticəsində Azərbaycan hər bir sahədə etibarlı tərəfdaşa çevrildi. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Bölgədə reallaşan layihələr dünya miqyaslı olması ilə yanaşı həmdə sabitliyin qarantı oldu.
Ölkədə gedən inkişafın müəllifi kimi İlham Əliyev 30 il hər birimiz üçün önəmli olan Qarabağ probleminin həll olunmasında əvəzsiz rol yonadı. Ölkə başçısının yürütdüyü fenomenal siyasət nəticəsində biz öz dədə-baba torpaqlarımıza sahib ola bildik. Qalibiyyəti şərtləndirən siaysət, hərb, iqtisadiyyat Cənab İlham Əliyevin idarəçiliyi ilə tam  təmin olundu. 44 günlük Vətən müharibəsi zamanı ərazi bütövlüyümüzü bərpa etdik. Sadalanan bu uğurlar dərin zəkanın, illərin əziyyətinin bəhrəsi idi. 
Hazırki dövrdə dünyada baş verən ciddi qarşıdurmalar, müharibələr, iqtisadi çöküşlərin fonunda stabil, daim inkişaf edən ölkə sahib olmağımızın memarı möhtərəm Prezidentimiz İlham Əliyevdir. Qədirbilən xalqımız hər zaman bu siaysi kursa sadiq qalacaq və öz liderinə dəstək olacaqdır!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar