Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident müraciət etdi

Tarix: 17-04-2017 12:06     Baxış: 4513 A- / A+
Prezident

Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir.
Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə deyilir: “Hörmətli forum iştirakçıları! Sizi ölkəmizin paytaxtı Bakı şəhərində Qafqazşünasların Birinci Beynəlxalq Forumunun öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə gələcək elmi fəaliyyətinizdə uğurlar arzulayıram.
Qafqaz qədim sivilizasiya mərkəzi kimi əsrlərdən bəri müxtəlif xalqların qaynayıb qarışdığı və biri-birinin adət-ənənələrinə qarşılıqlı ehtiram göstərərək əmin-amanlıq şəratində yaşadığı unilkal məkan olmuşdur. Tarixi İpək yolu üzərində yerləşən və hələ erkən dövrlərdə qüdrətli imperiyaların can atdığı bu region özünün müstəsna coğrafi mövqeyinə, zəngin təbii sərvətlərinə və strateji əhəmiyyətinə görə son əsrlərdə də böyük dövlətlərin geosiyasi maraq dairəsinə düşmüşdür.
Postsovet dövründə tarix elminin ideoloji buxovlarından azad olması, həmçinin qafqazşünaslıq sahəsində bir sıra mühüm məsələlərin yeni yanaşmalar işığında daha dərindən öyrənilməsi zərurətini meydana çxarıb. Bu isə Qafqazın uzun müddətdir araşdırıcılar tərəfindən diqqət mərkəzində saxlanılan keçmişi, mədəniyyəti, eləcə də müasir problemləri ilə bağlı təşkil etdiyiniz ilk belə mötəbər beynəlxalq foruma xüsusi aktuallıq qazandırır. Tədbirinizə dünyanın tanınmış elmi mərkəzlərini təmsil edən 150-dən artıq alim və tədqiqatçının qatılması tədqirəlayiq haldır. Çoxtərəfli formatda keçirilən yüksək səviyyəli elmi toplantılar xalqlar və ölkələr, müvafiq elmi tədqiqat institutları və alimlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə kömək edir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra da müxtəlif ölkələrin qafqazşünas alimləri arasında qarşılıqlı münasibətlərin davam etdirilməsinə töhfəsini əsirgəməyəcək.
Ümidvaram ki, forum çərçivəsində aparılan müzakirələr və fikir mübadiləsi, irəli sürəcəyiniz tövsiyə və təkliflər qafqazşünaslığın aktual problemlərinin həllində dönüş mərhələsi olacaq, beynəlxalq elmi əməkdaşlığınızın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət göstərəcək və bütövlükdə regionda sülhün, əmin-amanlığın möhkəmləndirilməsinə təkan verəcək”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar