Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Arayik Arutyunyan iki gün oteldə oturub, Paşinyan onu qəbul etməyib"

Tarix: 12-10-2022 18:41     Baxış: 3292 A- / A+
Arayik Arutyunyan iki gün oteldə oturub və Paşinyanın onu qəbul etməsini gözləyib.
Manevr.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Aqnessa Xamoyan erməni mediasına mühasibəsində deyib.

O, hakimiyyətin son zamanlar həyata keçirilən siyasətindən danışıb:
“2018-ci ildə Qarabağla bağlı qərar nə olursa olsun, ilk növbədə bu barədə xalqa məlumat verəcəyini bildirən, Qarabağın Ermənistanla bərabər danışıqlar masasına oturmasından danışan, Xankəndi meydanında “Qarabağ Ermənistandır və nöqtə” deyən şəxs indi baxış bucağını 180 dərəcə dəyişib. O, hətta barmağını silkələyib Qarabağ və Ermənistan vətəndaşlarına deyir ki, əllərində olanlarla kifayətlənsinlər, bundan artığını gözləməsinlər”.
Hökumətdən olan deputat Eduard Ağacanyanın 44 günlük müharibədən sonra Ermənistanın Qarabağ xalqının təhlükəsizliyini təmin etmək üçün resurslarının olmaması barədə bəyanatına gəlincə, deputat bunları qeyd edib:
“2018-ci ildə, hakimiyyətə gəlməyə can atarkən, Qarabağ məsələsinin olduğunu bilmirdilərmi? Qarabağ xalqının, Ermənistan sakinlərinin və diasporun taleyi üçün məsuliyyəti öz üzərinizə götürdünüz və indi də hər şeyin belə getdiyini bəyan edirsiniz, bu, sizi qane edirmi? Mən Qarabağ xalqının Ermənistan hakimiyyətinin bu hərəkətlərinə reaksiya verəcəyini gözləyirəm”.
Aqnessa Xamoyan bu gün Nikol Paşinyanla Qarabağdakı qondarma rejimin rəhbəri Arayik Arutyunyan arasında keçirilən görüşə də toxunub.
“Yeri gəlmişkən, bu gün Nikol Paşinyan Qarabağın qalan 25%-nin “prezidenti” Arayik Arutyunyanla görüşüb. O, iki-üç gün oteldə qalıb və Paşinyanla görüşməyi gözləyib”, – Xamoyan deyib./konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar