Xəbər lenti
Aqil Məmmədov: "Praqa görüşü Azərbaycanın diplomatik müstəvidə növbəti uğurudur"
“Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən görüş bir çox baxımdan mühüm siyasi əhəmiyyətə malikdir. Bu görüş və yekunda qəbul edilən bəyanat Azərbaycanın Ermənistana təkif etdiyi 5 şərtə uyğundur”.
Bu fikirlərin müəllifi, Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, son 30 ildə ilk dəfədir ki, Azərbaycan özünün bütün şərtlərini Ermənistana qəbul etdirməyi bacarıb: “Bu baxımdan, Praqa görüşü Azərbaycanın diplomatik müstəvidə növbəti uğurudur, bu, dövlətimizin döyüş meydanında olduğu kimi, diplomatik cəbhədə də üstün mövqeyini göstərir”.
Millət vəkilinin sözlərinə görə 2020-ci ilin 10 noyabr bəyanatında Ermənistan üzərinə bir sıra öhdəliklər götürmüşdü: “Lakın, sonradan bu öhdəlikləri yerinə yetirməkdə imtina edir, sülh sazişinin imzalanmasını süni şəkildə uzatmağa çalışırdı. Lakin müharibədən sonra Azərbaycan tərəfinin ortaya qoyduğu hərbi-siyasi qətiyyət sayəsində Ermənistan hakimiyyəti anladı ki, Azərbaycanın sülh çağırışlarını qəbul etmədən heç nəyə nail ola bilməyəcək”.
A.Məmmədov qeyd edib ki, Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün bütün addımları atıb və artıq hər şey Ermənistan hakimiyyətindən, onun bu məsələdə üzərinə düşən məsuliyyəti nə dərəcədə dərk etməsindən asılı olacaq: “Paşinyan Praqada sülh sazişinin imzalanması üçün zəruri olan prinsipial məqamlarla bağlı Azərbaycan tərəfinin şərtlərini qəbul etdiyini bildirdi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Hansı ki, Ermənistan tərəfi bu günə kimi bunların heç birini dilinə gətirməmişdi. “Dəmir yumruq” əməliyyatı nəticəsində “ağıllanan” Ermənistanın baş naziri Praqa görüşündə bu fikirləri səsləndirdi. Ancaq Praqa görüşü və bu görüş nəticəsində əldə edilən nəticələr hələ sülh sazişi deyil, bu saziş üçün zəmindir. Azərbaycan Ermənistanla münasibətlərini tənzimləmək, regionda davamlı sülhün və sabitliyin bərqərar olmasını təmin etmək üçün bütün lazımi addımları atıb. Bundan sonra hər şey Ermənistan hakimiyyətindən, onun bu həssas məqamda üzərinə düşən məsuliyyəti nə dərəcədə dərk etməsindən asılı olacaq. Əgər rəsmi İrəvan post-müharibə dönəminin reallıqlarını lazımınca dərk edəcəksə, Azərbaycanın sülh cəhdlərini dəstəkləməyin hər şeydən öncə Ermənistanın öz mənafeyi üçün sərfəli olduğunu anlayacaqsa, o zaman yaxın gələcəkdə biz sülh sazişinin imzalanmasına şahid olacağıq. Yox əgər rəsmi İrəvan yenə hansısa bəhanələrlə prosesi uzatmağa çalışacaqsa, məntiqsiz fikirlər, məsuliyyətsiz bəyanatlar səsləndirəcəksə, o zaman sülh sazişinin imzalanması yenə də təxirə düşəcək. Bu isə iqtisadi-sosial böhran, ağır siyasi gərginlik, kommunuksiya blokadası yaşayan Ermənistan üçün daha ciddi problemlər demək olacaq".
Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı çoxvektorlu xarici siyasət Azərbaycanı təzyiqlərdən, hansısa sanksiya təşəbbüslərindən qoruyaraq dünyanın etibarlı, nüfuzlu ölkələri sırasında öz yerini tutmasını təmin edir: “Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə aparılan bu siyasət qarşıya qoyulmuş hədəflərə çatmaqda əsas təminatlardan biridir. İnanıram ki, nə qədər çətin, ağrılı da olsa, bu proses Azərbaycanın təqdim etdiyi sülh platforması əsasında öz həllini tapmış olacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar