Xəbər lenti
Parlamentli respubilkadan prezidentli respubilkaya keçid prosesi baş verir — Millət vəkili

Sabah Türkiyədə referendum keçiriləcək.
Prezidentli respubilkaya keçməyə "evet" deyənlərlə, "hayır" deyənlər arasında qızğın yarış keçirilir. Hakim partiya AKP prezidentli respubilkaya keçidin tərəfdarı olduğu halda CHP buna qarşı çıxır.
Türkiyədə baş verən siyasi proseslər barədə millət vəkili Fazil Mustafa "Ölkə.Az"-a danışıb:
"Referendum Türkiyə cəmiyətində adi hadisələrdən biridir. Türkiyənin yerləşdiyi bölgə, beynəlxalq siyasətin tələbləri Türkiyənin qarşısına onu qoyub ki, müəyyən dərəcədə daha məsuliyyətli hökümət və qərar mexanizmi formalaşdırmaq lazımdır. Buna görə də parlamentli respubilkadan prezidentli respubilkaya keçid prosesi baş verir. Türkiyə cəmiyyəti yəqin ki, prezidentli respubilkaya "hə" deyəcək. Ancaq prezidentli respubilkaya keçid "hə" almasa belə Türkiyədə heç bir məsələ cəmiyyətin strukturunu dəyişəcək mahiyyətdə deyil. Türkiyə cəmiyyəti olduğu kimi qalacaq.
Türkiyədə kominist rejimi yaranmır, mülkiyyətə münasibətdə hansısa bir dəyişim baş verir. Əsas mülkiyyət münasibətləridir. Orada bir problem yoxdursa, siyasi idarə etmədə hansısa bir postun ləğv olunması, hansısa səlahiyyətin artırılması, azaldılması heç nəyi dəyişmir. Parlament yenə də yerində qalacaq, höküməti formalaşdırmasa da, büdcəyə və dövlətə nəzarət mexanizmlərini kifayət qədər əlində saxlayır".
"Seçkilərdən sonra Türkiyədə hansısa qarşı bir prosesin baş verməsi proqnozlaşdırlımır"- deyən Fazil Mustafa qeyd etdi ki, referendumun nəticələrinə faciəvi yanaşmaq olmaz:
"Referendumun nəticəsini toy-bayram eləməyin də tərəfadarı deyiləm. Referendumun nəticəsi cəmiyyətə heç bir təsir göstərməyəcək, məsələlər olduğu kimi də qalacaq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar