Xəbər lenti
Bolqarıstanla münasibətlərdə yeni mərhələ: Avropada güclənən mövqeyimiz...
Manevr.az bildirir ki, bunu teleqraf.com-a Prezident İlham Əliyevin Bolqarıstana səfərinin əhəmiyyətini şərh edən Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Deputat hesab edir ki, Bolqarıstanın NATO və Avropa İttifaqına üzv olguğunu nəzərə alsaq Bakı və Sofiya arasında strateji əməkdaşlıq münasibətlərinin əhəmiyyəti xüsusi ilə önəm kəsb edir: “İki ölkə arasında münasibətlər dövlətlərin maraqlarına uyğun olaraq yüksələn xətlə inkişaf edir. Azərbaycanla Bolqarıstan arasında münasibətlərin daha da dərinləşməsində Prezident İlham Əliyevin bu ölkəyə səfəri və əldə olunan razılaşmalar mühüm amil kimi qiymətləndirilir”.
“Eyni zamanda Azərbaycan Xəzərdə, Bolqarıstan isə Qara dənizdə strateji mövqeyə malikdir. Məhz bu baxımdan müvafiq potensialların reallaşdırılması hər iki ölkə üçün yeni imkanlar yaradır. Bununla yanaşı Orta Dəhliz layihəsinin potensialı və bu nöqteyi-nəzərdən nəqliyyat sahəsində Azərbaycan-Bolarıstan əməkdaşlığının yeni səviyyəyə çatması böyük bir perspektivdən xəbər verir. Bu layihə üzərindən Şərq-Qərb tranzit dəhlizi ilə yükdaşımalarının əhəmiyyətli dərəcədə artması ölkələr arasında ticarət və iqtisadi sahədə yeni bir müstəvidə imkanların açılması da artıq zəruri bir hala çevrilib”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar