Xəbər lenti
"Yaxın vaxtlarda sülhə məcburetmə əməliyyatı baş tutacaq" - AÇIQLAMA
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti görüş oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Bunu Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bildirib”.
Manevr.az xəbər verir ki, bunu siyasi şərhçi Kənan Novruzov son təxribatlardan danışarkən deyib.
O qeyd edib ki, nazirlərin iki ölkə arasında normallaşma prosesinə dair məsələləri müzakirə edəcəkləri gözlənilir:
“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sonuncu dəfə sentyabrın 19-da Nyu-Yorkda görüşüb.Həmin görüşdən sonra Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya olunmamış dövlət sərhədində qarşı tərəfin təxribatları intensivləşdi. Həmçinin Ermənistan rəsmiləri, o cümlədən Baş nazir Nikol Paşinyan Rusiya və Fransa ilə təmasları gücləndirdi. Paşinyan və ölkənin müdafiə naziri Suren Papikyan Fransaya səfər etdilər.
Ermənistan Baş naziri o günlərdə maraqlı bir açıqlama vermişdi. O, bildirmişdi ki, müttəfiqlər Ermənistana vəd etdikləri silahların tədarükünü həyata keçirmirlər. Bu bəyanat müxtəlif cür qiymətləndirilə bilər. Ən real variantlardan biri isə budur ki, Paşinyan növbəti məğlubiyyətlər üçün zəmin hazırlamaq istəyirdi.
Əvvəllər də bildiyimiz kimi, xüsusilə Şərqi Avropadakı müharibə və Qərblə Kreml arasında davam edən gərginlik fonunda İrəvanın işi getdikcə çətinləşir. Paşinyan başa düşür ki, Rusiya tədricən "dalana dirənir". Əlbəttə bu, Ermənistan hərbi - siyasi hakimiyyətini narahat edir. Çünki Rusiyanın uduzmağı Ermənistanın Cənubi Qafqazda "çətirsiz" qalması deməkdir. İrəvan regiondakı mövcudluğunu qorumaq üçün Ankara ilə diplomatik münasibətləri bərpa etməlidir. Bunun üçün Bakının şərtlərini yerinə yetirmək, münasibətləri normallaşdırmaq, destruktiv regional siyasətdən uzaqlaşmaq şərtdir”.
Ekspertin sözlərinə görə, Ceyhun Bayramovla Mirzoyanın görüşlərindən sonra adətən təxribatlar olsa da, həmin müzakirələr konstruktiv keçir, müxtəlif razılıqlar əldə olunur:
“Ümid etmək olar ki, oktyabrın 2-də baş tutacaq görüş də bizim üçün uğurlu olacaq. Hər halda bu cür müzakirələr tərəflərin bir-birini anlaması ilə yanaşı, həm də yekun sülh üçün tramplin rolunu oynayır. Görüşdə nazirlərin sərhədlərin delimitasiya və demarkasiya məsələsini, Zəngəzur dəhlizinin perspektivini, həmçinin yekun sülh müqaviləsinin elementlərini müzakirə edəcəyi gözlənilir. Xüsusilə, sərhədlərin müəyyənləşdirilməsi məsələsi gündəmdə olacaq. Çünki son hadisələrdən sonra Ermənistan başa düşdü ki, bu proses ən çox onun özünə lazımdır. Beləliklə, oktyabrın 2-də delimitasiya və demarkasiya ilə bağlı müəyyən razılıqların əldə olunacağı ehtimalı var. Ümumiyyətlə, yekun sülh müqaviləsinin imzalanması yaxın perspektiv üçün realdır. Amma ondan əvvəl sülhə məcbur etmə əməliyyatı baş tutacaq”./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar