Xəbər lenti
Növbəti müharibə Ermənistan dövlətinin ləğvi ilə nəticələnə bilər
“Düşünürəm ki, bu fikrə münasibət bildirməkdən öncə Ermənistan Baş Qərgah rəisinin müavininin verdiyi açıqlamanın daha çox daxili auditoriyaya hesablandığını demək lazımdır”.
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.Politoloq Ermənistanın Qərbin fitvalarına uyaraq yeni müharibə mesajları verməsinin, habelə Ermənistan Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyanın “itirilmiş mövqelərimizi geri qaytaracağıq, bu barədə yuxarıdan əmr var” açıqlamasına şərh verib.
Öz növbəsində, N.Miri əlavə edib ki, məsələnin birinci tərəfi daha çox daxili auditoriya üçündür:
“Çünki Qərb indiki vəziyyətdə Ermənistanı həqiqətən də sülh müqaviləsini imzalamağa vadar edir. Ermənistanın Baş naziri Nikol Paşinyanın dünənki xalqa müraciəti də bilavasitə bunu bir daha göstərdi. Yəni indiyə qədər demədiklərini Paşinyan çox rahatlıqla xalqa açıqlamaqla vəziyyətin hansı səviyyədə olduğunu bildirdi.
Hesab edirəm ki, bu açıqlama ilə Baş Qərargah nümayəndəsi revanşistlərin və populistlərin dedikləri fikrin bilavasitə növbəti müharibəyə gətirib çıxaracağını xalqa göstərmək istədi və onlar bununla xalqı qorxutmağa çalışdılar ki, variantlardan biri də itirilmiş ərazilərin yeni müharibə ilə qaytarılmasıdır ki, bu da çoxlu sayda əsgərin ölümü deməkdir. Ermənistan indiki durumda bu vəziyyətə hazırdırmı? Bu, məsələnin birinci tərəfi”.
Analitik sözlərinə görə, məsələnin ikinci bir tərəfi isə budur ki, oktyabrın 2-də Azərbaycan və Ermənistan XİN rəhbərləri Cenevrədə görüşəcəklər:
“Paşinyan da dünən bəyan etdi ki, bu görüş sülh müqaviləsinin mətninin hazırlanması, yəni bunun müzakirə olunması ilə əlaqəlidir. Əgər sülh müqaviləsinin mətni bizi qane edəcəksə, biz bu müqaviləni imzalayacağıq. Mənə elə gəlir ki, Martikyanın verdiyi açıqlama həm də bu görüşə hesablanıb. Guya ermənilər öz nəzərlərində Azərbaycana müəyyən mənada təzyiq etmək istəyirlər ki, əgər müqavilə bizim maraqlarımızı təmin etməyəcəksə, bunun alternativ müharibədir və biz müharibəyə hazırıq”.
“Əlbəttə ki, bir də Qərb səfərləri kontekstində Qərbin Ermənistana dəstək verə biləcəyi görüntüsünü yaradırlar ki, əslində, bu, reallığı əks etdirmir. Bir də bu ərəfədə dövriyyəyə buraxılmış Hindistandan alına biləcək 245 milyon dollarlıq silahı düşünün. Mən qətiyyən bu informasiyaların eyni anda dövriyyəyə buraxılmasını təsadüf hesab etmirəm. Yəni Baş Qərargah rəisinin müavini deyir ki, “biz yuxarıdan göstəriş almışıq ki, itirdiyimiz əraziləri qaytaraq”, digər tərəfdən isə Hindistandan alınan 245 milyon dollarlıq silah-sursat məsələsi dövriyyəyə buraxılır. Bunlar təkcə Ermənistanın daxili auditoriyası üçün deyil, həm də Azərbaycan üçün dövriyyəyə buraxılıb və Azərbaycan üçün bir növ onların öz ağıllarınca guya təzyiq xarakteri daşıyır”, – bəyan edib.
Müsahibimizin fikrincə, iki əsas məsələ məhz budur:
“Çünki Qərbin Ermənistanı böyük bir müharibəyə təhrik etməsi real deyil. Ona görə ki, Qərbdə o qədər də ağıllarını itirməyiblər və onlar çox gözəl anlayırlar ki, növbəti müharibə bütövlükdə Ermənistan dövlətinin ləğvi ilə nəticələnə bilər. Çünki regionda Ermənistana açıq şəkildə heç kim hərbi cəhətdən dəstək verməyəcək. Burada nə Rusiya, nə İran, nə də Qərb dövlətləri gəlib Ermənistanın əvəzinə Azərbaycan və Türkiyənin qarşısında döyüşəcək deyillər. Ona görə də mən bu fikri real saymıram.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar