Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu halda Ordumuz Zəngəzura girəcək - Ekspert

Tarix: 30-09-2022 17:27     Baxış: 3394 A- / A+



Ermənistan ordusunun tam komplekt şəkildə olduğu vəziyyətdə başlatdığı təxribatçı əməliyyatlar Ağdamdan Basarkeçərə, Qarakilsəyə və Göyçə istiqamətinə daşınma ilə nəticələndi. Növbəti təxribatların hansı əraziləri əhatə edəcəyini isə Martikyan çox yaxşı ehtimal edir. Səslənən bu bəyanatların analoqunu digər erməni generallarından da eşitmişdik. Onların nəticəsi hamıya məlumdur.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a hərbi ekspert Ədalət Verdiyev Ermənistanın əvvəlki mövqeləri qaytarmaq üçün hücuma hazırlaşması haqda rəsmi bəyanatları barədə danışarkən deyib.
“Görünür, Ermənistan Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan reallıq hissini tamamilə itirib. Fərari erməni ordusunun generalına məsləhətim budur ki, son iki ildə belə bəyanatlara görə Ermənistanın başına gələn fəlakətləri xatırlasın.
Ermənistanın hazırda orta və kiçik miqyasda təxribatlar törətmək imkanı olsa da, əvvəlki mövqeləri qaytarması mümkünsüzdür. Ermənistan ordusunun bunun üçün indi kifayət qədər güc və imkanı yoxdur. Təbii ki, hücumların başlanması mümkündür. Ancaq bunun nəticələrinin Ermənistan üçün ağrılı olacağına da şübhə yoxdur.
Ermənistan əsgərlərinin Qərbi Zəngəzur dərələrində qurda-quşa yem olmasını istəyirsə, onda dediklərini həyata keçirməyə başlasın.
Bir sözlə, Azərbaycana qarşı hücum və təxribat xarakterli fəaliyyət Ermənistana ərazi, şəxsi heyət və texnika itkisindən başqa heç nə qazandırmayacaq”, - Ə.Verdiyev bildirib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar