Xəbər lenti
“İran İslam cildində olan erməni dövlətidir” – Fazil Mustafa
Siyasətçi Ermənistanın eks-prezidenti Robert Koçaryanın ötən gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə şərh verib. Xatırladaq ki, Koçaryan dünənki açıqlamasında bildirib ki, İran ötən ilin may ayında Ermənistana hərbi əməkdaşlıq barəsində danışıqlar təklif edib, lakin Paşinyan iqtidarı bu təklifdən vaz keçməyi üstün tutub.
Koçaryanın iddiasına münasibət bildirən BQP sədri onu əlavə edir ki, İranın Ermənistana yardım etməsində təəccüblü bir şey yoxdur:
“Belə bir məlumat da var ki, İran sonuncu 12-13 sentyabr hadisələrində Ermənistan tərəfindən müəyyən dərəcədə proseslərə qarışmaq təklifi də verib. Nikol Paşinyanın isə bununla razılaşmamasının əsas səbəbi Qərblə bağlıdır. Bu gün hər nə qədər İran ABŞ-ın vassalı kimi bölgədə Zəngəzur dəhlizinin açılmasına mane olan bir siyasət yeritsə də, bu, birbaşa İranın özünün iradəsilə bağlı olan bir məsələ deyil. İran mollaları ABŞ-ın xüsusi dairələrinin gizli sövdələşməsi əsasında bu addımı atır. Çünki ABŞ-ın buraya qoşun yeritmək imkanı yoxdur və bunu İran vasitəsilə edir. İran da ümid edir ki, bu addımına görə, ona qarşı olan sanksiyaları yumşaldacaqlar. Ona görə də İranın belə bir təklif etməsi tamamilə mümkündür”.
Müxalifətçi düşünür ki, Paşinyanın bu təklifə doğru getməməsinin əsas səbəbi odur ki, hazırda onlarda İrana yönəlik siyasətdə birmənalı baxış yoxdur:
“ABŞ, Fransa və digər Avropa ölkələri də İrana istənilən vaxt etibarsız bir ölkə kimi baxırlar. Yəni müəyyən dərəcədə ideologiya ilə idarə olunan dövlətlərdə istənilən vaxt ideoloji baxışlar dəyişə bilər. Ona görə də İrana bu baxış bucağından yanaşırlar.
Paşinyan da daha çox son vaxtlar Qərblə təmasını gücləndirməyə üstünlük verdiyinə görə, İranla hədsiz yaxınlaşmaq siyasətindən yayınır. Düzdür, o, nəzərə alır ki, müəyyən proseslərdə İran Ermənistana yol olaraq faydalıdır, amma, əslində, Zəngəzur dəhlizinin açılması məsələsində İranın mövqeyi heç Paşinyanın da işinə yaramır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar