Xəbər lenti
Kolarov sirləri açdı: Nikol Əliyevə bu vədi verdi
Ermənipərəst mövqeyi ilə tanınan Rusiyanın tanınmış “Reqnum” analitik saytının baş redaktoru Modest Kolerov Ermənistan Baş naziri Nikol Paşinyanın 2022-ci il sentyabr ayında Azərbaycan lideri İlham Əliyevə dediyi sözləri ictimaiyyətə açıqlayıb.
Manevr.az xəbər verir ki, Kolerov 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə üçtərəfli bəyanat qəbul olunandan sonra Paşinyanın müəyyən tələblər irəli sürdüyünü bildirib.
“Amma bu ilin 6 sentyabrında Zəngəzur məsələsi ilə bağlı Paşinyan Əliyevə dedi ki, geriyə çəkilin və mən Azərbaycan tərəfinin bütün tələblərini qəbul etməyə hazır olacam. Ən əsası isə Nikol dedi ki, Bakı irəliləməsə, o artıq heç bir tələb irəli sürmədən lazimi sənədlərə qol çəkəcək”, - deyə Kolarov qeyd edib.
Xatırladaq ki, ənənəvi erməni yalanına əl atan Paşinyan bu vədinin üzərindən cəmi 6 gün sonra Azərbaycan sərhədində təxribat törədərək, hərbçilərimizin şəhid olmasına səbəb oldu. Bunun nəticəsində isə Azərbaycan Ordusu 12-13 sentyabr tarixlərində cavab zərbəsi ilə düşmənin strateji hərbi hədəflərini və canlı qüvvəsini tamamilə məhv etdi./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar