Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qərb Rusiyanı BELƏ VURACAQ - Hədəflər açıqlandı, Rusiyanın "zəif nöqtə"si bəlli oldu

Tarix: 27-09-2022 17:14     Baxış: 4311 A- / A+


ABŞ Rusiyaya "nüvə hücumun fəlakətli nəticələr verəcəyi" barədə xüsusi xəbərdarlıq edib. Ağ Evin bəhs etdiyi fəlakətli nəticələr nələrdir? Rusiya nüvə hücumu əmri verəndə Qərbin cavabı necə olacaq? Maraqlı proqnozlar...

Rusiya prezidenti Vladimir Putinin ölkəsində qismən səfərbərlik elan edərkən üstüörtülü şəkildə nüvə təhlükəsinə də işarə etməsi Rusiya ilə Qərb arasında gərginliyi artırıb. Avropa Birliyi, NATO və bir çox Avropa ölkələri Putinin təhdidini ciddi qəbul etdiklərini bildirsə də, ABŞ prezidenti Cozef Bayden BMT tribunasından Rusiya liderinə cavab verib.
Baydenin bəyanatı ilə kifayətlənməyən Ağ Ev Rusiyaya xüsusi xəbərdarlıq edərək, nüvə silahından istifadənin "fəlakətli nəticələrə" səbəb olacağıni bildirib.
ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan canlı yayımda söyləyib: "Sərhədi aşsalar, bunun Rusiya üçün fəlakətli nəticələri olacaq. ABŞ bunun tam olaraq nə demək olduğunu Moskvaya özəl olaraq çatdırıb".
"FƏLAKƏTLİ NƏTİCƏLƏR" NƏDƏN İBARƏTDİR?

 Britaniyanın "The Telegraph" qəzetinə istinadən xəbərə verir ki, Rusiya nüvə silahından istifadə edərsə, Qərbin reaksiyası nüvə hücumundan tutmuş Rusiya iqtisadiyyatına qədər dəyişə bilər.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Strategiya, Texnologiya və Silahlara Nəzarət Departamentinin direktoru Uilyam Alberkenin sözlərinə görə, Rusiyanın nüvə silahından istifadəsinə mütənasib cavab Krımda aviabaza və ya kəşfiyyat mərkəzini hədəfə almaqdır.
Alberkenin bildirib ki, Qərbin Rusiyaya cavab olaraq müəyyən edəcəyi hədəfin nüvə hücumu ilə əlaqəli radarlar, həmçinin kəşfiyyat və müşahidə sistemləri olacağı gözlənir. Bu hədəflər, çox güman ki, Belarusda və ya Ukraynanın Rusiyanın nəzarətində olan hissələrində deyil, Rusiyanın özündə olacaq.
ABŞ BU ÖLKƏLƏRDƏN DƏSTƏK İSTƏYƏCƏK

ABŞ-ın belə bir vəziyyətdə təkbaşına hərəkət etmək istəməyəcəyini irəli sürən Alberke Vaşinqtonun 2011-ci ildə Liviyaya edilən hücumlarda olduğu kimi, İngiltərə və Fransadan hərbi dəstək istəyəcəyini iddia edib.
Ehtiyatda olan general-mayor Rupert Cons "The Telegraph"a deyib ki, Putin Ukraynada nüvə silahından istifadəyə göstəriş verərsə, Qərbin müxtəlif cavabları ola bilər.
Məsələn, Rusiya donanmasına hücum və ya Hərbi Hava Qüvvələrinə qarşı məqsədyönlü əməliyyat ənənəvi cavablar sırasındadır.
Rupert Cons Rusiyanın zəif nöqtəsini də açıqlayıb.
"Əgər Qərbi Qrenlandiya-İslandiya-Birləşmiş Krallıq ərazisini Rusiya donanması üçün bağlasalar, problem yaşayacaqlar", - o bildirib.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar