Xəbər lenti
“Zəngəzurun cənub hissəsi Azərbaycanın tam nəzarətinə keçə bilər”
Hərbi analitik sosial şəbəkələrin erməni seqmentində, habelə erməni KİV-lərində yayılan görüntülərdə erməni silahlı qüvvələrinin Qərbi Zəngəzur istiqamətində yeritdiyi ağır texnikalardan söz açıb.
“Ermənistan yaxşı anlayır ki, erməni tərəfinin təxribatları nəticəsində baş verə biləcək toqquşmalarda Ermənistanın qarşılacağı reaksiya sonunda həmin istiqamətdə strateji mövqelərin itirilməsi ilə nəticələnə bilər. Bu tərəfdən də, Ermənistan həmin ərazidə öz mövqelərini gücləndirməyə çalışır, o cümlədən hərbi texnikaları bölgəyə dislokasiya edir”, - əlavə edib.
Mütəxəssisn sözlərinə görə, Azərbaycanın Laçın rayonundan Naxçıvan MR-na bağlı olan Şahbuz rayonuna qədər olan məsafə 20 km-dən bir qədər çoxdur:
“Xəritədə də baxsaq, həmin o məsafə hiss olunur. Belə qənaətə gəlmək olar ki, Ermənistan hərbi rəhbərliyi başa düşür ki, Azərbaycanın həmin istiqamətdə atacağı addım Qərbi Zəngəzurun cənub hissəsinin vizual olaraq Azərbaycanın tam nəzarətə keçməsinə səbəb ola bilər ki, belə olan halda da mühasirə halqasıının formalaşması mümkündür”.
R.Məmmədli vurğulayıb ki, Ermənistan faktiki olaraq Qərbdəki dayaqları sayəsində Azərbaycanı münaqişənin həlli ilə bağlı köhnə danışıqlar formatına cəlb etməyə çalışır:
“Bu da ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların aparılmasıdır ki, buna da Azərbaycan razı deyil. Azərbaycan qalib tərəf kimi danışıqlar formatında yalnız və yalnız 10 noyabr 2020-ci il bəyanatından irəli gələn prosesi həyata keçirə bilər. Ermənistan öz öhdəliyini yerinə yetirmək məcburiyyətindədir. Bütün bu baş verənlər, habelə Ermənistanın hərbi manevrləri, əslində, sülh müqaviləsindən yayınmaq və danışıqlar formatının ATƏT-in Minsk qrupu çərçivəsində aparılması səyidir. Bu isə Qərbin, başda ABŞ və Fransanın təşəbbüsüdür ki, Ermənistan həmin ölkələrə sığınaraq prosesi bu formada idarə etməyə çalışır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar