Xəbər lenti
Paşinyanın Hitlerin səs tembiri ilə çıxışı nədən xəbər verir? - Açıqlama

Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.
Onun fikrincə, N.Paşinyan hələ də başa düşmür ki, əgər ölkələr arasında diplomatik münasibətlər mövcud deyilsə, demək o ölkə onu qəbul etmir:
“Misal kimi bu günə qədər Pakistan Ermənistanı bir dövlət kimi tanımayıb. Eyni zamanda bir neçə dövlətin Ermənistanı ölkə kimi tanımadığı da məlumdur. Bu isə o deməkdir ki, həmin ölkə BMT-yə hansı sərhədlərlə daxil olubsa, Bunun Azərbaycana heç bir aidiyyatı yoxdur. Ona görə də N.Paşinyanın səsləndirdiyi fikirlər sərsəm təfəkkürün məhsuludur. Bu adam hər dəfə özünü gülməli vəziyyətə qoyur”.

"Təbi ki, buna Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti cavab verə bilər. Açıqlama verilə bilər ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası aparılmayıb. Şimal qonşumuz Rusiya ilə delimitasiya məsələləri tam olaraq bitib. Gürcüstanla həlli mümkün olan məsələlər var. Amma Ermənistanla hələ ki, bu istiqamətdə heç bir addım atılmayıb. ABŞ dövlət katibi Entoni Blinken belə N.Paşinyana açıq şəkildə bildirdi ki, iki ölkə arasında sərhəd xətləri bilinmədiyi üçün heç bir "təcavüzdən" söhbət gedə bilməz”.
Politoloq hesab edir ki, N.Paşinyanın BMT-də Adolf Hitlerin səs tembiri ilə çıxışı bu adamın psixoloji problemindən xəbər verir:
“Ona görə də onun nə deməyinə fikir vermək lazım deyil. Bu günə qədər Rusiya üçün oyuncaq olan Ermənistan, hazırda ABŞ-ın əlində kuklaya çevrilib.”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar