Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

İran Ermənistana da PUA-lar verə bilər - Politoloq

Tarix: 24-09-2022 18:20     Baxış: 3426 A- / A+

İranın Rusiyaya verdiyi kamikadze dronlar və pilotsuz uçuş aparatları Rusiyanın Ukraynada ciddi hərbi üstünlük əldə etməsinə gətirib çıxarmayacaq. Buna baxmayaraq Ukrayna üçün itkilər yaşadacaq.
Manevr.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, İranın Rusiyanı dəstəkləməsi beynəlxalq birliyə qarşı çıxmaqdır: "Ukrayna bu məsələni beynəlxalq birliyin diqqətinə çatdırdıqca başda ABŞ olmaqla kollektiv Qərb Tehrana qarşı sanksiyaları genişləndirəcək, İranla yeni nüvə sazişi bağlanmayacaq. Həmçinin, İran daxilində etirazlara dəstək verəcəklər".
Politoloq bildirib ki, İran Rusiyaya hərbi yardımı davam etdirəcəksə, ABŞ-ın razılığı ilə İsrail tərəfindən bu ölkənin nüvə obyektlərinə zərbələr endirilə bilər: "Tehran faktiki olaraq Qərbə qarşı Rusiya ilə eyni cəbhədə yer alıb. Bu, İran üçün ciddi fəsadlara yol açacaq. Həm Suriyada, həm də İraqda İranın hərbi bazalarına hücumlar təşkil edilə bilər. Göründüyü kimi Qərbə qarşı Yaxın Şərqdə silahlı mübarizə aparan İran artıq Şərqi Avropada da bu kimi fəaliyyətlərdə yer almaqdadır. İran Cənubi Qafqazda da işğalçı Ermənistanı dəstəkləyir. Azərbaycan əleyhinə İrəvanla sanki koordinasiya olunmuş şəkildə fəaliyyət göstərir. Perspektivdə İranın Ermənistana da kamikadze dronlar və pilotsuz uçuş aparatları verməsi istisna olunmur".
Qeyd edək ki, İranın Rusiyaya pilotsuz uçuş aparatları satması və bu PUA-ların Ukraynadakı müharibədə istifadə olunması səbəbindən Kiyevlə Tehran arasındakı münasibətlərdə gərginlik yaranıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar