Xəbər lenti
“Fikir verirəm, əsasən rusları yox, qeyri-rusları müharibəyə aparırlar”
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, hazırda Rusiyada vəziyyət heç də ürəkaçan deyil:
“Hələlik sərhədlər bağlıdır. Bununla bağlı Rusiyada yaşayan həmvətənlərimizdən çox müraciət edilir, mənim özümə də müraciətlər olur. Oradakı həmvətənlərimizdən qeydiyyatı olanları bilirsiniz ki, əsgər aparırlar. Çünki səfərbərlik elan olunub və onlar da getməlidirlər.
Həm də fikir verirəm, əsasən rusları yox, qeyri-rus millətlərini aparırlar. Tümendən, Novosibirskdən və digər şəhərlərdən aparılanlar var. Vəziyyət heç də ürəkaçan deyil, çünki insanlar getmək istəmirlər, heç ruslar özləri belə döyüşmək istəmirlər. Onlar səfərbərliyə getmirlər, məlumat verdilər ki, keçən günlər ərzində cəmi 10 min adam yığılıb. Onlar bu templə nə qədər adam yığa biləcəklər, hələ məlum deyil”.
Deputatın sözlərinə görə, əgər vəziyyət daha da gərginləşərsə, hökumət həmvətənlərimiz barədə müəyyən qərarlar verəcək:
“Rusiyada ciddi problemlər var və təbii ki, orada yaşayan həmvətənlərimiz də müəyyən problemlərlə qarşılaşır. Amma sərhədlərdə də vəziyyət gərgindir, hazırda İranda da, Rusiyada da, Ermənistanda da vəziyyət ağırdır.
Ona görə sərhədlərin açılmasında da müəyyən problemlər var, amma vəziyyət gərginləşməyə davam edərsə, biz vətəndaşlarımıza sahib durmalıyıq, onları tək və yalnız buraxa bilmərik axı. Yəqin ki, hökumət bu barədə fikirləşir və müəyyən qərarlar veriləcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar