Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Dözməyən” İranın hicaba qarşı “xarici düşmən” ssenarisi - TƏHLİL

Tarix: 23-09-2022 18:14     Baxış: 3321 A- / A+

İranda başlayan və bütün şəhərlərə yayılan hicab aksiyası bu ölkədəki dini ideologiyanın da deqredasiyaya uğradığının nümunəsidir. Qadınların həyatını ciddi şəkildə məhdudlaşdıran İran rejimi anlayır ki, qurduqları sistem təməlindən çökür. Bura sosial-iqtisadi problemləri, kəskin təbəqələşməni, milli kimliklərə qarşı aparılan diskriminasiya siyasəti də daxil etdikdə təkcə qadınlar yox, bütün təbəqədən olan insanlar etiraza qoşulur.

İran hakimiyyəti hicab aksiyasını səngitmək üçün müəyyən addımlar atdı: həbsdə öldürülən 22 yaşlı Məhsa Əmininin ailəsinə başsağlığı verildi, dini liderin nümayəndəsi mərhumənin evinə baş çəkdi, prezidenr Rəisi “Əmini mənim də qızımdır” rotirikasını işə saldı və s;

Lakin bu addımların heç biri etirazları dayandırmadı, çünki insanlar təkcə Əmininin qətlinə yox, bu qətli həyata keçirən rejimin bütün cinayətlərinə etiraz edir və aksiyaların miqyasına baxdıqda İran hakimiyyəti üçün hər şeyin heç də asan olmayacağı görünür.

Bütün dünyanın İranda baş verənləri izlədiyi vaxt bu ölkənin hərbi-siyasi rəhbərliyinin dilindən bir söz əskik olmur: “Dözməyəcəyik”.

Nəyə “dözməyəcəksən”, ağaye İran?!

- Bizi həbs edə bilərsiniz, amma susdura bilməyəcəksiniz;
- itirəcək heç nəyimiz yoxdur, azadlığımızı illər əvvəl itirmişik, indi geri istəyirik;
- Hicaba yox;
- Çörək, iş, azadlıq;


Bu və digər şüarlar İran şəhərlərinin küçələrini bəzəyir. Etirazçılar dini lider Xamneyinin fotolarını yandırır, rejimə qarşı “rədd ol” tələbləri irəli sürür.

İran parlamenti isə Azərbaycan-Ermənistan sərhədində baş verənləri müzakirəyə çıxarır, hərbi rəhbərliyi Bakıya qarşı təhdidlər irəli sürür.

Hədəf bəllidir: İrana xüsusilə indi “xarici düşmən” obrazını gücləndirmək lazımdır və bunun üçün motiv olaraq Azərbaycan-Ermənistan sərhədində erməni təxribatı ilə başlayan son toqquşmalar istifadə olunur.

- Sentyabrın 21-də Azərbaycan-Ermənistan sərhədini müzakirə edən İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası bəyanatında “sərhədlərin dəyişilməziliyinin yolverilməz olduğunu” bildirdi. İddia etdi ki, baş verənlər “beynəlxalq sionizm” və NATO fitnələrinin nəticəsidir”.
- Sentyabrın 22-də İran ordusunun xüsusi paradı zamanı Baş Qərargah rəisi Məhəmməd Baqeri də eyni motivli açıqlama ilə çıxış etdi. “Sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcəyik”, “Təhlükə hiss etsək, sionist rejimin ünsürləri və onların havadarlarını cəzalandıracağıq” təhdidləri ilə çıxış etdi.

Azərbaycana qarşı irəli sürülən bu təhdidlərdə iki məqam xüsusilə diqqət çəkir:

Birincisi, “sionizm” iddiası;
İkincisi, “NATO fitnələri”;


İran NATO iddiası ilə Rusiyanın Cənubi Qafqaz regiondakı siyasətini dəyişdirmək istəyir, Moskvaya göstərmək istəyir ki, sərhədin dəyişməsini Rusiya ilə müharibə aparan NATO həyata keçirir. “Sionizm” iddiası ilə etieaz edən xalqa “düşmənlərinin” İran sərhədinə gəldiyini göstərməyə, diqqəti yayındırmağa çalışır.

Tehranda anlayırlar ki, Cənubi Qafqazdakı yeni reallığı dəyişdirmək asan deyil, o cümlədən, “dözməyən” Məhəmməd Baqeri öz “şücaiətini” göstərə bilməyəcək. Çünki hərbi müdaxilə üçün zəmin və siyasi şərait yoxdur.

a) İran və Ermənistan arasında hərbi yardıma zəmin yaradan heç bir anlaşma yoxdur;
b) İranın hərbi yardımı üçün Ermənistan rəsmi müraciət etməlidir. Ki, KTMT-yə üzvlük İrəvanın bu imkanını zəiflədir;
c) Zəngəzur dəhlizinin açılmasında da maraqlı olan Rusiya İranın Ermənistana praktiki girişinə imkan verməz;


Bu situasiya fonunda İranın təhdidləri iki məqsəd daşıyır.

1. “Sionizm”, “NATO” kimi iddialarla “xarici düşmən” obrazını gücləndirir, diqqəti daxildəki etirazlardan yayındırmağa çalışır: xalqa göstərir ki, hakimiyyət ölkəni qorumaqla məşğuldur, etirazçılar isə dövləti dağıdır;
2. Azərbaycanı yolundan çəkindirə biləcəklərini düşünürlər: istisna deyil ki, İran bölgədə “terror təhlükəsi” kimi əsası olmayan iddialarını da aktuallaşdıracaq, o da istisna deyil ki, sərhəd istiqamətində təlim adı ilə qoşun toplayacaq;


Amma və lakin mollalar hələ də anlamır ki, Azərbaycan öz siyasətini hansısa kənar qüvvənin təhdidləri ilə deyil, milli maraqlarına əsasən formalaşdırır və bu ölkə İranın hədələdiyi kiçik Körfəz ölkələrindən deyil.

İran hələ də anlamır ki, Cənubi Qafqazda reallıq dəyişib, işğal altındakı torpaqlarımız azad edilib, indi gündəliyi Azərbaycan müəyyən edir, bölgədə maraqları olan bütün tərəflər də yalnız bu gündəlik çərçivəsində addımlar atır. Bu reallığı təhdidlə dəyişdirmək mümkün deyil.

Anlamır, ya da anlamaq istəmir. İran “Qırmızı xətti” elan etdiyi Ermənistanın ardınca düşərək, uçuruma doğru gedir: bölgədəki imkanlarını itirir, adındakı İslam Respublikasından uzaqlaşır, bütün coğrafiyadakı şiələrin gözündən düşür və İslam ölkəsindən daha çox Allahın evində donuz saxlayan ermənilərin qardaşı olaraq qəbul edilir.

Bu yanlışlarını düzəltmək əvəzinə ölkə daxilində başlayan etirazlara qarşı “xarici düşmən” obrazını gücləndirmək kimi effektsiz gedişlər gedir, havadan asılı qalan təhdidlər yağdırır. Etirazların miqyası, insanların tələbləri, xüsusilə qadınların nümayişkəranə şəkildə hicabı açması göstərir ki, İranı bu dəfə düzəltmək istədiyi “xarici düşmən” obrazı da xilas edə bilməyəcək.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar