Xəbər lenti
“Deyirdi ki, guya, Putin Ərdoğanın təzyiqi ilə Laçını bizə qaytarıb”
O, qeyd edib ki, Ukraynada bir neçə “məşhur blogerlər", "siyasi icmalçılar" qəribə fikirlərlə çıxışlar ediblər:
“Onların bəzi TV kanallarında Azərbaycan əleyhinə, ölkəmizə qəsd edən, ölkəmizin siyasətini başa düşməyən fikirlərin yayılmasına etiraz etmişəm.
Ternoplda cənab Rəcəb Tayyib Ərdoğanı Ukraynaya ən çox yardım edən siyasi lider kimi slayd-bokslar yerləşdirmələrinə baxmayaraq, Ukraynanın bəzi “məşhur ictimai nümayəndələri", "siyasi icmalçıları" Ərdoğanı sırf siyasi maraqları naminə Ukrayanaya yardım etdiyini düşünür.
Təbii ki, Ərdoğanın Ukraynaya dəstəyi danılmazdır. Onun ən böyük qələbələrindən biri də Ukraynadan taxılın ixracatı məsələsi idi. Cənab Putini bu məsələylə bağlı müsbət fikrə gətirə bildi. Hər dəfə də Ukrayna və Rusiya rəsmilərini aralarındakı müharibəni diplomatik yolla həlli üçün danışıqların olmasına çalışır.
Həmin “məşhur siyasi simaların", "bloggerlərin" fikrincə, guya, cənab Ərdoğan siyasi mövqeyini artırmaq və Türkiyənin maraqlarını güdmək üçün Rusiya və Ukrayna ilə siyasi oyun aparır. Bununla bağlı da Ukraynanın yerli TV-lərinə etiraz etdim. Ərdoğanın heç bir siyasi oyun oynamadığını, bütün addımlarında Türkiyə prezidentinin Ukraynaya müsbət anlamda birmənalı dəstək göstərdiyini dedim. Ukraynanın suverenliyini tanımaq hətta, dəfələrlə Krımın Ukrayna tərkibində tanınmasının tərəfdarı olduğunu bildirdim.
Müzakirədə olduğum iki ukraynalı siyasi şərhçi düşünürdü ki, Putin guya, Ərdoğanın təzyiqi ilə bizə Laçını qaytarıb. Mən isə sözügedən məsələnin iki il əvvəl bəyannamədə qeyd olunduğunu dedim. Təbii ki, biz də bunun Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində olduğunu etiraf edirik. Amma biz də gücümüzü göstərdik.
İstər 44 günlük Vətən Müharibəsində, istərsə də müharibədən sonra daimi Ermənistanın hərbi hissələri Qarabağda yerləşən qeyri-rəsmi hərbi hissələri Azərbaycanı iriçaplı pulemyotlardan, minalardan atəşə tutduğunu dedim.
Əsas məsələ Ukraynada olan qazimiz və onun dostunu həbs ediblər. Bu addımda da erməni izi var. Bununla bağlı Azərbaycan-Ukrayna qrup rəhbəri kimi rəsmi olaraq etiraz fikirlərimi bildirmək niyyətim var.
Görürsünüz, başqa siyasi şərhçilər var ki, Azərbaycan, Türkiyə barədə fikirlərini iyrənc formada bildirirlər.
Azərbaycanın mövqeyini dəstəkləmir, əksinə, tənqid edirlər. Onların şərhçiləri buna demokratiya deyir. Mən isə Ermənistanın Ukraynaya münasibətini açıq şəkildə onların diqqətinə çatdırdım. Bildirdim ki, ermənilər Krımı Rusiyanın tərkibində tanıyıblar. Amma Azərbaycan daim beynəlxalq forumlarda Ukraynanın sərhədlərinin 1991-ci ilin sərhədləri kimi tanıyıb.
Ermənistan nə edib?! - Heç nə!
Bundan başqa, bir həftə əvvəl, Ukrayna və Azərbaycanda tanınmış sahibkar, idmançı Oleq Krapivinin Ukraynada sənədlərinə xitam verilib. Ölkəyə girişin ancaq viza ilə edirlər. Halbuki, bu insan Ukraynada 20 ildən çox yaşayıb, ölkə üçün yardımlar edib".
Deputat deyir ki, bütün bunların qarşılığında Ukraynanın bəzi məşhur ictimai nümayəndələrinin bu cür fikirləri aradakı dostluq münasibətini qırmağa hesablanıb və bunların altında da erməni hiyləsi dayanır:
“Bunlar hamısı bir zəncirin halqalarıdır. Ölkənin Azərbaycandakı səfiri bizim tərəfimizdə olduğunu desə də, təəssüflər olsun ki, belə fikirlər də ortaya çıxır. Bunlar Azərbaycan və Ukrayna münasibətinə xələl gətirməkdir. Bu, ermənilərin siyasətidir.
Amma bizim dostluğumuzu heç kəs sarsıda bilməz. Onlar heç vaxt unuda bilməzlər ki, hələ Kuçmanın hakimiyyət vaxtında Ulu öndər onlara necə köməklik edib. Müharibəyə qədər istifadə olunan neft məhsullarının 96 faizi Azərbaycan neftidir. Bu meydan, bu şeytan. Kim təcavüzlə məşğuldur, kim yardım edir, kim Ukrayna üçün köməkliklər göstərib, hər şey ortadadır. Bu mənada azərbaycanlı deputatların fikri yekdildir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar