Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Səsləndirilən fikirlər Azərbaycan ordusuna qarşı atılan böhtanlardır” – Polkovnik SƏRT DANIŞDI

Tarix: 20-09-2022 19:10     Baxış: 4259 A- / A+

“Azərbaycan Ermənistan ərazisinə təcavüz edib” iddiasını Paşinyandan sonra Pelosi və digərlərinin səsləndirməsi dünyada ölkəmizin imicinə zərbə vurmaq cəhdindən başqa bir şey deyil. Çünki Azərbaycan ordusu sadəcə olaraq öz ərazi bütövlüyünün təmin olunması və erməni təxribatının qarşısının alınması üçün silaha əl atıb. Lakin ölkəmizə qarşı qərəzli mövqedən çıxış edənlər və uğurlarımızı gözü götürməyənlər Azərbaycan ordusunun guya sentyabr döyüşlərində Ermənistan ərazisinə daxil olduğuna dair uydurma fikirlər səsləndirərək dünya ictimaiyyətini çaşdırmağa çalışırlar.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı konkret az-a açıqlama verən hərbi ekspert Ramiz Şərifov bildirib ki, səsləndirilən fikirlərin hamısı saxta ittihamlardır: “Azərbaycan ordusu Ermənistan ərazisinə daxil olmayıb. Hələ Azərbaycan və Ermənistan arasında sərhədlər müəyyən edilməyib. Bu səbəbdən də onların sərhədini keçdiyimizi heç kim deyə bilməz. Çünki aramızda heçbir müqavilə yoxdur. Hətta konkret olaraq hansı xəritə əsasında sərhədlərin müəyyən ediləcəyi də məlum deyil. Ona görə də, bütün səsləndirilən fikirlər Azərbaycan ordusuna qarşı atılan böhtanlardır”.
Hərbi ekspert əlavə edib ki, 10 Noyabr Bəyannaməsində Zəngəzur dəhlizi ayrıca bir bənd olaraq öz əksini tapıb: “Biz Laçın dəhlizinə alternativ yolu tikib istifadəyə verməli idik. Hansı ki, bunu həyata keçirdik və dünya standartlarına uyğun yol inşa edərək istismara verdik. Ermənilər də elə bir yol verməli idi ki, Azərbaycan Naxçıvanla birləşsin. Biz öz öhdəliyimizi yerinə yetirsək də, Ermənistan müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırır. Qazağın 7 kəndini geri qaytarmır. Yəni bütün bunlar onu göstərir ki, Ermənistan 10 Noyabr Bəyannaməsinin bəndlərini yerinə yetirmir. Sülhməramlılar isə öz üzərlərinə düşən vəzifələrə laqeyd yanaşırlar”.
Ramiz Şərifovun sözlərinə görə, əgər rəsmi İrəvan üzərinə düşən öhdəlikləri yerinə yetirməsə, bu zaman biz gedib Ermənistanın ərazisində vuruşmayacağıq: “Biz bu halda Laçın dəhlizini bağlaya bilərik. Onda vəziyyət Ermənistan üçün heç də yaxşı olmayacaq. Amma hələlik Azərbaycan sülh yolu və Rusiyanın vasitəçiliyi ilə Zəngəzur dəhlizinin açılması məsələsini reallaşdırmağa çalışır və məsələni Ermənistanın qarşısına konkret şəkildə qoyur. Biz öz üzərimizə düşən öhdəlikləri yerinə yetirdiyimiz kimi, onlar da eyni addımı atmalıdırlar. Bunu istər könüllü, istərsə də zor gücü ilə həyata keçirəcəyik. Amma güc yolu ilə dedikdə ordumuzun gedib Zəngəzurda döyüşəcəyini nəzərdə tutmuram. Sadəcə olaraq biz Laçın dəhlizini bağlayacağıq. Çünki bu, Azərbaycan ərazisidir və bütün dünya tərəfindən belə tanınır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar